Faiq Ağayev deputatlığa namizədliyini verəcək? – Özü açıqladı
- 7-12-2019, 12:21
- Siyasət
“Yaxın günlərdə yeni klip təqdim edəcəm. Artıq üzərində çalışmağa başlamışam. İşlərim çoxdur”.
Azadsəs xəbər verir ki Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Faiq Ağayev deyib.
“Parlament buraxıldı və fevralın 9-na seçki təyin olundu. Namizədliyinizi irəli sürəcəksinizmi” sualına müğənni belə cavab verib: “Məni orada görmək istəyənlər var. Fevralın 9-da seçkilər olacaq. Yəni ki, yanvar ayından kimin namizədliyini verəcəyi bəlli olacaq. Gəlin o zamanı gözləyək”.
Faiq Ağayev “Xalq artisti Afaq Bəşirqızının millət vəkili seçilməsinə razısınızmı?” sualına “Azərbaycanda 18 yaşına çatmış hər bir vətəndaş namizədliyini irəli sürə bilər. O cümlədən Azərbaycan mədəniyyətinə çox böyük töhvələr etmiş Afaq Bəşirqızı. Mən inanıram ki, millət vəkilliyinə namizədliyini versə, onun arxasında çoxlu azərbaycanlı olacaq”deyə cavab verib.
Xalq artisti “Siz millət vəklili seçilsəniz bu sahədə hansı dəyişiklikləri edəcəksiniz?” sualına “Mən etmədiyim, olmadığım yerdən xəbər verə bilmərəm” deyib.
Faiq Ağayev yaxın günlərdə xalq artisti fəxri adına layiq görülən Röya Ayxan və Miri Yusifi də təbrik etdiyini açıqlayıb: “Hər ikisini təbrik elədim. Fərmənadan bir-iki gün sonra tədbirlərin birində görüşdük. Bu adı ölkə başçısı verir. Ona görə də onu müzakirə etmək düzgün deyil”.
Ad gününə saylı günlər qalan Faiq Ağayev dəbdəbəli doğum günü qeyd etməyi sevmədiyini deyib: “Həmişəki kimi restoranların birində oturacağıq, 10-20 nəfər. Dəbdəbəli ad günü qeyd etməyi sevmirəm”.