“Mən onsuzda xalqın elçisiyəm” – AFAQ BƏŞİQIZI
Xalq artisti Afaq Bəşirqızı parlament seçkilərində iştirakla bağlı son qərarını açıqlayıb. Mediada yayılan xəbəri dəqiqləşdirmək üçün, xalq artistiylə telefon əlaqəsi saxladıq. Afaq Bəşirqızı hələ bu barədə fikirləşdiyini bildirib: “Hələ bu barədə fikirləşirəm. Narahat olmayın. Başqa bir şeylər tapın yazmağa. Məndən yaman çox yazırsınız. Xalqın problemindən, hazırda baş verənlərdən yazın. Mən onsuzda xalqın elçisiyəm” Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevral ayının 9-da keçiriləcək.