Daha bir deputat öz oğlunu da deputat görmək istədi
- 13-01-2020, 13:37
- Siyasət
4 dəfə millət vəkili olan Mirkazım Kazımovun oğlu namizədliyini verib
Xanhüseyn Kazımlıdan sonra daha bir deputatın övladı seçkilərə qatılır. Yeni Azərbaycan Partiyasından olan millət vəkili Mirkazım Kazımovun 38 yaşlı oğlu Səid Kazımovun namizədliyi 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsindən irəli sürülüb. Artıq namizdəlik DSK tərəfindən qeydə alınıb.
S. Kazımov ixtisasca hüquqşünasdır, AMEA-nın Azad Həmkarlar İttifaqında hüquq müfəttişi vəzifəsində çalışır.
Həmin dairədən Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini, professor Fəzail İbrahimli namizədliyini irəli sürüb. YAP isə həmin dairədən Etibar Sadığovun (Peşə Tədrisi Mərkəzinin direktoru) namizədliyini irəli sürüb.
4 dəfə millət vəkili seçilən Mirkazım Kazımov bu dəfə YAP-ın siyahısından k
ənarda qalıb, 5-ci dəfə namizədliyi irəli sürülməyib.
Xatırladaq ki, bundan əvvəl millət vəkili Xanhüseyn Kazımlının qızı Əsli Kazımovanın 80-ci İmişli-Beyləqan seçki dairəsindən namizədliyini irəli sürdüyü məlum olub.