azadses.az » Cəmiyyət » "Onlar halal səslərimi saxtalaşdırıblar" - Ləman Ələşrəfqızı

"Onlar halal səslərimi saxtalaşdırıblar" - Ləman Ələşrəfqızı

"Dünəndən sükut içində baxıram. "Real TV"-dən getməyimizi manşetə daşıyanlar, bununla da gündəmi dəyişməyə çalışanlar kaş mənim namizəd olduğum 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin ləğvi məsələsini də belə həvəslə gündəmə gətirəydilər. Amma etmirlər!"

"Azadsəs" xəbər verir ki, bunu "Real TV"-nin keçmiş əməkdaşı, 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizədliyini irəli sürən Ləman Ələşrəfqızı sosial şəbəkə hesabında deyib. Jurnalistin həmkarlarından gileyini də gizlətməyib:
"Maraqlıdır, Prezidentə etdiyim müraciəti əsas xəbər saytları görməzdən gəldi. Ölkənin ictimai-siyasi həyatına nüfuz edən ayrı-ayrı şəxslər - hansı ki, sosial şəbəkədəki statusları ilə çox ciddi təsir imkanlarına malikdirlər - onlar da bu dairəni dilə gətirmək istəmirlər".Ləman Ələşrəfqızı namizədi olduğu dairə ilə bağlı şikayətini yaxın günlərdə Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyini də qeyd edib:
"Sabah 117 saylı dairənin qərarından şikayətimi MSK-ya ünvanlayacam. Artıq sənədlərimi hazırlayıram. MSK nə deyəcək? O da susacaq? Axı o videoların içində mənim səlahiyyətli nümayəndəmə təsir göstərən ayrı-ayrı vəzifə sahiblərinin adı keçir?! Onlar mənim halal səslərimi Naxçıvanlının (qeyd: 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən namizədliyini irəli sürən Aqiyə Naxçıvanlı) xeyrinə saxtalaşdırıblar...
Bir məntəqədə 301 səsi 185-ə endiriblər! O zaman necə olur ki, Əlinin, vəlinin, pirvəlinin dairəsi ləğv olunur, bu olunmur? Məhz bu cür deputatlar, yarıtmaz icra məmurları ucbatından əhali ilə dövlət arasında nə boyda bir uçurum var, fərqindəsizmi? Şəxsən mən o uçurumu təşviqatım dönəmində aradan qaldıra bildim.
Ən radikal seçicim ən sonunda mənə könüllü müşahidəçi durdu, çıxışlarımı alqışladı, dövlətimi, Prezidentimi alqışladı. Nəticəsi? Nəticəsi 10 il o deputat kürsüsündə oturan, saxtakarlığı həyat kredosu seçən, Azərbaycanın təhsil sistemini 30-40 min saxta diplomla elə 30-40 il geri salan biri saxta seçkilərlə də sənin halal haqqına girdi. Hamı da susub durur. Çünki, bunlar bərk qozdular, sındırmaq müşkül məsələdir. Bəs mənim seçicilərimin sındırılan iradəsi? Bəs bu dövlətlə vətəndaş arasına girən çürümüş ideologiya daşıyıcıları? Niyə təzyiqlə, təsirlə birini ləğv edirsiz, o birini yox? Necə anlayaq bunu, necə başa düşək?", - deyə, Ləman Ələşrəfqızı əlavə edib.
Qeyd edək ki, L. Ələşrəfqızı 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən, onunla eyni televiziyada işləyən həmkarı Afət Telmanqızı isə 125 saylı Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü. L.Ələşrəfqızı ilə birgə həmkarı Afət Telmanqızı və İlqar Mikayıloğlu da "Real TV"-dən çıxarılıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?