Deputat olmaq istəyənlərin sayı açıqlandı
- 28-12-2019, 17:07
- Manset
293 nəfərin namizədliyi 17 siyasi partiya tərəfindən irəli sürülüb
Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1611 nəfər müraciət edib.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədrinin sözlərinə görə, onlardan 293-ü 17 siyasi partiya tərəfindən irəli sürülüb. Namizədlərin 293 nəfəri 17 siyasi partiya tərəfindən, 13 nəfəri təşəbbüs qrupları, 1305 nəfər fərdi qaydada namizədliyini irəli sürüb. Müraciət edən şəxslərin 1202 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 1012 nəfəri isə imza vərəqələrini artıq götürüb. 124 nəfəri qaytarıb və onlardan 16 nəfər qeydə alınıb. 56 nəfər isə seçkilərdə iştirakını könüllü dayandırıb.