Deputatlıqdan imtina edənlərin sayı artdı
- 24-01-2020, 12:24
- Siyasət
Hacı Salayev də namizədliyini geri götürdü
Daha bir deputatlığa namizəd seçkidə iştirakdan imtina etdi. Hacı Salayev 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizədliyini geri götürüb.
Bununla da fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyi irəli sürməyən hazırki deputatların sayı 31-ə çatıb. Həmin deputatlardan 18-i Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, 11-i bitərəf, 2-i isə partiya sədridir.
Xatırladaq ki, parlament seçkisi fevralın 9-da keçiriləcək.