Yer kürəsində rekord dərəcədə istilik müşahidə olunur
2024-cü ilin aprel ayı Yer kürəsində ardıcıl olaraq müşahidə olunan 11-ci rekord dərəcədə isti ay olub.
Bu qənaətə “Copernicus” Avropa İqlim Dəyişikliyi Xidməti (C3S) ekspertləri gəliblər.
C3S-in məlumatına görə, keçən ay qlobal temperatur tarixi orta göstəricilərdən 1,58 dərəcə Selsi yuxarı olub və müşahidələr tarixinin ən isti keçən aprel ayı kimi qeydə alınıb.
Bundan əlavə, son 12 ay ərzində Yer kürəsində temperatur 1,61 dərəcə Selsi yuxarı qalxaraq təhlükəsiz isinmə həddini 1,5 dərəcə Selsi keçib.
Qeyd edək ki, C3S-in hesablamaları aylıq və mövsümi proqnozlar hazırlamaq üçün dünya üzrə peyklərdən, təyyarələrdən, gəmilərdən və hava stansiyalarından alınan göstəricilərə əsaslanır.
Mənbə: Bloomberg