1314 nəfər deputat olmaq üçün yarışacaq
- 8-02-2020, 18:04
- Manset
Seçkidə 5 milyon 329 min 460 nəfər səsvermə hüququndan istifadə edə bilər
“Sabah keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərin sayı 1314 nəfərdir”. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib. Qeydə alınanların 79 faizi kişilər, 21 faizi qadınlardır.
Onun sözlərinə görə, parlament seçkilərində iştirak etmək üçün ümumilikdə 2431 nəfər müraciət edib. Namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 321 nəfəri deputatlığa namizədliyini geri götürüb, 2 nəfərin isə deputatlığa namizədliyi ləğv edilib.
Parlament seçkiləri 125 dairə üzrə 5573 seçki məntəqəsində keçiriləcək. Səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq.
5 milyon 329 min 460 nəfər seçkilərdə səsvermə hüququndan istifadə edə biləcək. Milli Məclisə seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. MSK sədri deyib ki, beynəlxalq müşahidəçilər 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edirlər.
Qeyd edək ki, Milli Məclisə seçkilər sabah-fevralın 9-da keçiriləcək.