azadses.az » Cəmiyyət » Ləman Ələşrəfqızı Afaq Bəşirqızından yazdı

Ləman Ələşrəfqızı Afaq Bəşirqızından yazdı

Ləman Ələşrəfqızı yazır…
Tarixi- Nadiri yarıya qədər oxuyanlar yəqin ki, nə dediyimi anlamadılar. Elə mən də bu yazını yazana qədər bu haqda heç nə bilmirdim…
Amma özümə bir balaca əziyyət verib medalın iki üzü haqda iki cümləlik informasiya oxudum və məlum oldu ki, medalın əsas üzü avers, o biri üzü isə revers adlanır. El arasında da bəzi adamlara bir medalın iki üzü deyirlər. Hə, bax, avers və revers adamlar o adamlardır. Averslərin sayı təhlükəli şəkildə azalmaqdadır. Reverslər isə sanki bir-biri ilə bəhsə giriblər. O qədər çoxdurlar ki, adam az qalır desin ki, a bala, siz hansı podyezdin blokunda belə artıb-törədiniz? Demək istəyirsən, amma deyə bilmirsən, çünki, oxşarını Afaq Bəşirqızı deyib və az qala üç gün, üç gecədir ki, onu söyüb-sulayırlar. Baxmayaraq ki, Afaq xanım da yaxası medallı artistlərimizdəndir, titulu da elə belə deyil ha, o boyda “xalq artisti” adını daşıyır. Amma xalq bu boyda artistin bir cümləlik fikrini daşıya bilmədi, onu ağ yuyub, qara sərdi, Söylü təfəkkürlü saydı. Hərçənd Söylünün ağ yuyub qara sərdiyi “mayka”ya, onun aforizmə çevrilən ” eqalogiya budur?” fikrinə 30 ildən çoxdur ki, bu xalq gülüb qurtarmır. Deyə bilərsiz ki, aforizmə çevrilən Afaq Bəşirqızı yox, Vaqif Səmədoğludur, düz danış. Yəni, revers adam! Olsun! Amma inanın ki, əgər Vaqif Səmədoğlunun özüdə sağ olsaydı, Afaq xanımı müdafiə edərdi. Nədən ki, aktrisanın dediklərində xeyli dərəcədə həqiqət payı var. Kəndlər ellikcə şəhərə köçüb, fərqindəsiniz. Əlbəttə, bu hər kəsin haqqı sayıla bilər, o halda ki, bundan birinci növbədə köç edənin özü udsun. Təəssüf ki, çox vaxt əksi olur. Kəndli gəlir, amma udmağa yox, uduzmağa. Halbuki, kənddə onun yaşamaq üçün imkanları daha genişdir. O, yaxşı bir təsərrüfatçı ola bilər, fermer ola bilər, amma o, bunu yox, Bəşirqızı demişkən, şəhərdə təkər qaraltmaq istəyir…Və beləcə, kəndlər də qara günə qalır, sürətlə boşalır. Sanki oğullar müharibəyə gedib və geri qayıtmayıb…
Müharibə demişkən, bu günlərdə Mİlli Məclisdə “Azərbaycan respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb və “Böyük Vətən müharibəsində qələbənin 75 illiyi” Yubiley medalının təsis olunması haqqında qərar qəbul olunub. Maraqlıdır ki, parlamanda deputat yoldaşların çoxu yubiley medalının adına etirazlarını bildirməyiblər. Hətta tarixçilər belə. Dəqiq say bilmirəm, amma bilirəm ki, Məclisi-Məbusada bu gün xeyli sayda tarixçi təmsil olunur. Məsələn, xətrini istədiyim Anar İsgəndərdən tutmuş ən təcrübəli Fəzail İbrahimliyə qədər, Musa Qasımlıdan tutmuş Fəzail Ağamalıya qədər. Buna baxmayaraq karantində olan yaşlılar xaric, iclasda iştirak edən deputatların bircəsidə deməyib ki, vətən saydığımız SSRİ 1991-ci ildə dağılıb, həmin ildən etibarən Azərbaycan müstəqil ölkədir. SSRİ-nin cəlb olunduğu və bizə dərsliklərdən öyrədilən Böyük Vətən Müharibəsi isə faşist Almaniyasının dünyaya elan etdiyi müharibə idi və adı da tarixdə “İkinci Dünya Müharibəsi” kimi qalıb. Təəssüf ki, yubiley medalı məsələsində deputatlar özlərini lap revers kimi aparıblar. Yəni medalın o biri üzü kimi.
Hə, dediyim kimi, ölkədə averslərin sayı təhlükəli şəkildə azalmaqdadır. Qorxuram ki, millət adına üç-beş aversimiz də koronavirusa qurban getsin lap yetim qalaq. Tərslikdən baş nazir də qərar imzalayıb “yetim” sözünü ” valideynlərini itirmiş”lə əvəz edib. İndi bu dəyişiklikdən sonra mənim cümləm belə oxunmalıdır: Qorxuram ki, millət adına üç-beş aversimiz də koronavirusa qurban getsin lap valideynini itirmiş qalaq? Nəsə düz gəlmədi. Allah sənə insaf versin, cənab nazir. Bir belə yetimə necə qıydın?/gununsesi

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  2. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  3. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  4. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  5. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  6. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  7. Argentinada 6 maqnitudalı zəlzələ olub
  8. Şanlıurfada yol qəzası olub, ölənlər var
  9. Lerik rayonunda zəlzələ baş verib
  10. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"