Ermənistanı tərk edən azərbaycanlıların gizlətdiyi "XƏZİNƏ": 30 ildir tapılmır - FOTO
- 11-08-2020, 10:32
- Siyasət
“Bu materialda oxuduğunuz hər şey lətifə kimi görünə bilər, ancaq bunlar Ermənistandakı həqiqi bir kənddə baş verən gerçək hekayələrdir”.
Publika.az xəbər verir ki, “Sputnik Ermənistan” nəşri belə girişli bir məqalə dərc edib.
Məqalədə vaxtilə Tavuş rayonunda yaşamış azərbaycanlıların rəvayətindən bəhs edilir.
Bildirilir ki, bu rayonun Ovk adlı kəndi var və bu yaşayış məntəqəsi ölkədə azərbaycanlıların rəvayəti ilə məşhurdur. Kənddə 2 süni, 1 təbii olmaqla, 3 göl yerləşir. 1990-cı illərə qədər – yəni Qarabağda münaqişə başlamazdan əvvəl bu kənddə yalnız azərbaycanlılar məskunlaşıb və bura “Ahulu” adlandırılıb.
İki ölkə arasında münaqişə alovlanarkən Azərbaycan və Gürcüstana köçməyə məcbur olan kəndlilər ermənilərə heç bir fayda qoymamaq üçün maraqlı üsula əl atıblar. Onlar sahib olduqları bütün kənd təsərrüfatı texnikalarını təbii gölə atıblar. Azərbaycanlılar bu planı nə zamansa doğma yurdlarına geri qayıtmaq ümidi ilə həyata keçiriblər.