azadses.az » Dünya » Almaniya qəzetində Xocalı soyqırımından bəhs edən məqalə dərc olunub

Almaniya qəzetində Xocalı soyqırımından bəhs edən məqalə dərc olunub

Almaniyanın “Südthüringer Zeitung” qəzetində Xocalı soyqırımından bəhs edən “Parlament axşamında Xocalı faciəsinin nəticələri müzakirə edilir” başlıqlı məqalə dərc olunub. Tarixçi-jurnalist, Şərqi Avropa üzrə mütəxəssis Urs Unknauf tərəfindən yazılmış məqalədə münaqişənin tarixinə toxunulur, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu, 1992-ci ilin 26 fevralında Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı amansız qətliam törədildiyi və bunun bir sıra nüfuzlu beynəlxalq mütəxəssislər tərəfindən azərbaycanlılara qarşı soyqırımı və insanlığa qarşı cinayət kimi qiymətləndirildiyi vurğulanır.
AZƏRTAC xəbər verir ki, məqalədə Xocalı qətliamının təfərrüatları barədə məlumat verilir, 613 azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insanın qətlə yetirildiyi, 8 ailənin tamamilə öldürüldüyü, 25 uşağın hər iki valideynini və 130 uşağın bir valideynini itirdiyi, 487 insanın əlil edildiyi, 1275 mülki şəxsin erməni qüvvələri tərəfindən əsir götürüldüyü və işgəncələrə məruz qaldığı, 150 insanın indiyədək itkin olduğu bildirilir. Qeyd edilir ki, 28 fevralda azərbaycanlı jurnalistlər və 1 martda beynəlxalq jurnalistlər hadisə yerində olmuş, öldürülmüş azərbaycanlıların cəsədlərinin təhqir edilməsinin şahidi olmuşlar. Əlavə edilir ki, dünyada 10 dövlət, ABŞ-ın 20-dən çox ştatı, 51 üzvü olan İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı olaraq tanıyıb.
Məqalədə, həmçinin Berlində Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə keçirilmiş tədbirin iştirakçıları və orada edilən çıxışlar barədə məlumat verilir. Bundestaqın vitse-prezidenti Tomas Oppermanın çıxışında mövzunun aktuallığını diqqətə çatdırdığı vurğulanır. Bildirilir ki, tədbirdə Bundestaqın deputatları, Xarici işlər komitəsinin üzvü Nikolas Löbel, Xarici işlər komitəsinin sədr müavini və Almaniyanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Daniela De Ridder, Almaniya-Cənubi Qafqaz parlament qrupunun üzvü Eberhard Qinqer, eləcə də Boxum Universitetinin beynəlxalq hüquq üzrə professoru Hans-Yoaxim Hayntse və Almaniya Xarici İşlər Nazirliyinin təmsilçisinin iştirakı ilə Ermənistan-Azərbaycan münasibətlərinin müxtəlif aspektləri müzakirə olunub, BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrində Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi qeyd edilib, hazırkı status kvonun qəbuledilməz və beynəlxalq hüquqa zidd olduğu vurğulanıb və münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinə çağırış edilib. Tədbirdə, eyni zamanda, Azərbaycanın Almaniya və Avropa üçün etibarlı tərəfdaş və regionda sabitlik lövbəri olmasının qeyd edildiyi diqqətə çatdırılır.
Müəllif Almaniyanın bu münaqişəyə dair mövqeyinin beynəlxalq hüquqa və İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməyə söykəndiyini qeyd edir. O, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən indiyədək davam edən, beynəlxalq hüquqa zidd işğalına son qoyulmasının, Xankəndi, Şuşa, Xocalı və digər ərazilərdən qovulmuş azərbaycanlıların geri qayıtmasına imkan yaradılmasının, 1992-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımın Almaniyada da rəsmi olaraq tanınmasının əhəmiyyətini vurğulayır.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  2. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  3. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  4. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  5. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  6. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  7. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  8. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  9. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  10. Şabranda evə basqın olub, ölən və yaralanan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”