Qoşulub qaçan qudalar: “Bizi axtarmağa ehtiyac yoxdur”
- 3-01-2020, 17:17
- Hadisə
Ağdaş rayonunda qohum olmağa hazırlaşan qudalar qoşulub qaçıblar.
Report xəbər verir ki, hadisə rayonun Kükəl kəndində qeydə alınıb.
Belə ki, rayonun Ərəb kəndində məskunlaşan, Şuşa rayonundan olan məcburi köçkün, 1975-ci il təvəllüdlü Rizvan Nizami oğlu Əliyev qızının nişanlısının anası, rayonun Kükəl kənd sakini, 1970-ci il təvəllüdlü Yaqut İsmət qızı Ömərova ilə birlikdə evlənmək məqsədi ilə qaçıblar.
Məlumata görə, R.Əliyevin arvadı qızı ilə bir ildir ki, nişanlı olan kürəkəninin anası Y.Ömərovadan onun ərinə sevgi mesajlarının gəldiyini görüb. Daha sonra ərini izləyib. Məlum olub ki, kürəkəninin anası R.Əliyev qudası Y.Ömərova ilə tez-tez görüşür.
Bu hadisədən sonra dekabrın 28-də qudalar arasında mübahisə yaranıb və mart ayında toyları planlaşdırılan nişanlı cütlük ayrılıb. Dekabrın 29-da isə qızın atası oğlanın anası ilə birlikdə qaçıblar.
Rayonun Kükəl kənd bələdiyyəsinin sədri İttifaq Şərifov Report-a bildirib ki,qudaların əvvəllər bir-biriləri ilə əlaqələri olub:
“Bütün kənd şokdadır, olan nişanlı gənclərə oldu. Onlar gərək belə bir addım atamayaydılar. Bildiyimə görə, hər iki tərəfin yaxınları Ağdaş Rayon Polis Şöbəsinə müraciət ediblər”.
Report-un müxbiri kürəkəninin anasını qaçıran R.Əliyevlə əlaqə saxlayıb.
R.Əliyev bildirib ki, onlar bir-birilərini sevdiyi üçün qaçıblar:
“Biz övladlarımızın da ailə qurmasını istəmirdik. Çünki mən Yaqutu sevirəm, o da məni sevir. Bizi axtarmağa ehtiyac yoxdur. Bundan kimə nə?!”