20 noyabr faciəsi və Qarabağ probleminin təxirə salındığı gün
- 19-11-2019, 23:33
- Siyasət
Düz 28 il bundan əvvəl Azərbaycan növbəti faciəsini yaşadı.İçərəsində siyasi elitanında olduğu helikopter Xankəndi səmasında qəzaya uğradı daha dəqiq desək erməni terrorunun qurbanı oldu.Bu faciə 22 nəfərin həyatına son qoymaqla yanaşı Qarabağ probleminində həllini təxirə saldı.Faciədən cəmi iki həftə əvvəl yəni Noyabırın yeddisində Bakida Azərbaycan Qazaxıstan Türkmənistan Rusiya və Ermənistan nümayəndələrinin iştiraki ilə görüş keçirilmişdir.Görüşün muahiyyəti və xarakteri 28 ildən sonra bəlkədə kimlərəsə gülməli görünər çünki eyni masa ətrafna toplaşan ölkələr dağlıq Qarabağda hansı xalqın sıxışdırıldığını müəyyən etməyə çalışrdılar yəni Azərbaycan tərəfinin arqumentləri yetərli sayılmırdı.Noyabırın 20-də Xankəndinə getmək təşəbbüsüdə bu görüşdə razılaşdırılmışdır və nümayəndələr hər şeyi öz gözü ilə görmək istəyirdilər Azərbaycan tərəfini say seçmə adamlar təmsil edirdi onlar əvvəlcə Ağdama sonra helikopterlə Xankəndinə uçurlar amma Xocavənd rayonunun Qarakənd kəndi üzərində helikopter vurulur.Sülh danışıqlarının noyabırın 22-də davam etdirilməsi nəzərdə tutulmuşdur amma noyabırın 22-si Azərbaycanın yaxın tarixinə sülh danışıqları kimi yox matəm tarixi kimi yazılır.Ön cəbhədə nə baş verdiyini öz gözü ilə görməkdə maraqlı olan Dövlət xadimləri əslində helikopterə yox şeytan çarxına oturduqlarının fərqinə varmırlar amma görünür düşmən fərqində idi.Düşmənin Çaykəndə daxi olmaqla 24 kəndin ermənilərdən təmizlənməsində rolu olan Məhəmməd Əsədovun Sumqayıt hadisələri zamanı o şəhərdə prokuror işləmiş indi isə Müstəqil Azərbaycanın ilk baş prokuroru olan İsmət Qayıbovun SSSR-i xalq deputatlarının qurultayında 20 yanvar faciəsinin qurbanlarının xatirəsini yad etmək üçün hətda Qarbaçovun özünü belə ayağa qalxmağa məcbur edən Tofiq İsmayilovun fiziki məhvində maraqlı olmaması mümkün deyildi.Bu Azərbaycan xalqna qarşı terror idi.Vertalyotun qara qutu müamması isə bu qara dumanda onsuzda heç vaxt görünməyəcək.Sizin yeriniz isə hər zaman görünür Məhəmməd Əsədov, İsmət Qayıbov, Tofiq İsmayilov, Zülfü Hacıyev, Osman Mirzəyev, Alı Mustafayev, və adlarını çəkmədiyimiz gözəl insanlar bilirik dünyanın işi gözə kül üfürməkdir amma bu sizin külünüz olmamalı idi.