Azərbaycanlıların kompakt yaşadığı ərazidə karantin rejimi ləğv edilir
- 14-05-2020, 15:43
- Cəmiyyət
Gürcüstan hökuməti azərbaycanlıların kompakt yaşadığı ərazidə karantin rejimini ləğv edir.
Bununla bağlı “Sputnik Gürcüstan” ölkənin Baş naziri Giorgi Qaxariyanın açıqlamasına istinadla xəbər yayıb.
Onun sözlərinə görə, mayın 18-dən etibarən azərbaycanlıların kompakt yaşadığı bölgədə - Marneuli rayonunda sərt karantin rejimi aradan qaldırılır:
“Bu gün Rustavi və Qardabani şəhərlərinə giriş-çıxışa qoyulan bütün məhdudiyyətlər ləğv edilir. Bundan əlavə, mayın 18-dən etibarən Marneuli karantin zonası olmayacaq. Bu bölgənin sakinləri, digər ölkə vətəndaşları kimi problemsiz hərəkət edə biləcəklər”.
Qeyd edək ki, martın 23-dən etibarən Marneuli rayonu koronavirusun yayılması təhlükəsi səbəbindən karantin zonası elan olunmuşdu. Eyni səbəbdən Gürcüstanın Qardabani royuna giriş bağlanmışdı.