Ata-anasını itirən 24 azərbaycanlı uşaq geri qaytarılıb
- 10-12-2019, 12:26
- Siyasət
Hələ də 270 azərbaycanlı uşaq Suriya və İraqda saxlama mərkəzindədir
Bugünə qədər münaqişə ocaqlarında olan valideynlərini itirmiş 24 azərbaycanlı uşaq geri qaytarılıb. Bu barədə ''Azərbaycanda seçilmiş icmalarda radikallaşmaya qarşı həssaslıq və dayanıqlığın müəyyən edilməsi üzrə təqdiqat'' adlı yekun hesabatda bildirilib.
Hesabatda qeyd edilib ki, ən azı bir valideynini itirmiş 270 azərbaycanlı uşaq Suriya və İraqda saxlama mərkəzindədir.
"Birbaşa döyüşə cəlb edilən və ya travmativ təcrübələrə məruz qalan, silahlı münaqişə zolaqlarından geri qayıtmış uşaqlara məsləhət verməklə onların sosiallaşmasını, eləcə də emosional və ideoloji məsələlərini hərtərəfli əhatə edən xüsusi qayğıya ehtiyacı var. Geri qayıdanların reinteqrasiyalarını asanlaşdırmaq üçün keçmiş döyüşçülər və onların ailə üzvləri üçün xüsusi reabilitasiya mərkəzlərinin qurulmasına ehtiyac var".