Evi yanan ailənin yardımına dövlət gəldi - VİDEO
- 11-05-2020, 10:51
- Cəmiyyət
Qubanın Qam-qam kəndində fərdi yaşayış evində baş verən yanğın 6 nəfərlik bir ailəni evsiz qoyub.
Azad Səs-in məlumatına görə, gecə saatlarında kənd sakini Elçin Vəliyevə məxsus birmərtəbəli, 3 otaqlı yaşayış evi tam yanaraq kül olub.
Hadisə yerinə gələn FHN-nin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi alovun ətrafa keçməsinin qarşısını alıb. Quba rayon İH başçısı Ziyəddin Əliyev yanğın baş verən kənddə olub, zərərçəkən ailə ilə görüşüb. Yanğın yerinə baş çəkən rayon rəhbəri ailəyə narahat olmamağı, onlara yeni ev tikilməsində kömək ediləcəyini söyləyib: "Dövlət vətəndaşının yanındadır. Yaxşı ki, ölüm-itim yoxdur. Çalışacağıq, kömək edək".
Ailə üzvləri bütün əmlak, pul, məişət, geyim əşyalarının yandığını deyib. Elşən Vəliyevin ailəsi müvəqqəti olaraq qohumlarının evində yerləşdirilib,ilkin olaraq geyim və ərzaq almaq üçün onlara yardım edilib. Quba İH başçısı Ziyəddin Əliyev mətbuat nümayəndələri vasitəsilə rayonun imkanlı və yardımsevər şəxslərinə,iş adamlarına müraciət edib.
Onun sözlərinə görə, son aylar Qubada təbii hadisələr və yanğınlar nəticəsində vətəndaşların evinə və əşyalarına ciddi ziyan dəyib. Son hadisələrdə Qarxun kəndində şəhid atası Rafiq Bayramovun və bu gün Qam-Qam kəndində Elçin Vəliyevin ailəsi yanğın səbəbindən evlərini itirib. Mayın 12-də hər iki ailəyə kömək eləmək üçün bankda hesab açılacaq. İmkanı olan şəxslər bu hesaba vəsait köçürə bilərlər.
Ziyəddin Əliyev rayonun daxili imkanları hesabına zərərçəkən ailələrə yardım edilməsi işinin davam etdirildiyini, amma rayonda hamıya kömək etməyin mümkün olmadığını dedi. Ona görə o, imkanlı şəxsləri evsiz insanlara yardım etməyə çağırıb.