“Ərdoğan xəritəni yenidən çəkir” – Şok iddia
- 5-08-2020, 10:43
- Dünya
Fransada nəşr olunan “Le Figaro” qəzetində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fateh Sultan Məhmətə bənzədilib.
Teleqraf.com xəbər verir ki, sözügedən məqalə “Fateh Ərdoğan” başlığı ilə dərc olunub.
Yazıda Ərdoğanın Sultan Məhmətin dövründə olduğu kimi keçmiş imperiya gücünü Türkiyə sərhədlərindən kənara çıxarmaq istədiyi bildirilib.
Məqalədə Ərdoğanın Aralıq dənizinin xəritəsini yenidən çəkdiyi, bu məqsədlə Qərb tərəfindən aldadılan Liviya Baş naziri Fayiz əs-Sərracla anlaşdığı vurğulanıb. Habelə, Türkiyənin Aralıq dənizində Qərb tərəfindən dəstəklənən Yunanıstan, Misir, İsrail və Cənubi Kiprlə təkbaşına mübarizə apardığına diqqət çəkilib.
“Ərdoğan avropalıların sanksiya təhdidlərinə qarşı geri addım atdı, amma təslim olmayacaq. Aralıq dənizinin şərqindəki təbii sərvətlər uğrunda savaşa yeni başlayır”, - məqalədə bildirilib.