Şəxsi həyatından söz açan ulduz bildirib ki, xoşagəlməz xatirələri unuda bilir:
“Heç vaxt çəkilişə eynəkdə getmərəm. Gözlər nə gözəl aksessuardır. Həmçinin hissləri təkrar yaşamıram. Hətta ayrıldımsa, bir daha o adamla barışmıram. Bir həftə, 10 gün ərzində unuduram. O qədər sürətli sevirəmsə, elə də ayrılıram. Hətta sevdiyim şəxsi uzun müddət sonra görüb tanımamışam. Mən çox xoşbəxt insanam, insanları tez unuduram. Kimsə düşünürsə ki, onunla maraqlanıram. Bütün dünya oğluma qurban, onun canına and içirəm ki, mən insanları unuduram. Kənardan dəli kimi görünə bilirlər. Hər şeyi ürəyə salmaq olmaz.
Toyuma öz dayımı çağırmamışdıq. Şəkillərə baxıram, anama deyirəm ki, altı bacının bir qardaşı var, niyə çağırmamışdız? Cavab verdi ki, birdən istəməzsən. Başım qarışıq idi, heç olmaya qohumlarıma ailəm diqqət edərdi. Hətta ən yaxın dostum Zamiq Hüseynovu da toyuma çağırmamışdım. Yadımdan çıxmışdı. Eybi olmaz”.
Xalq artistindən İNANILMAZ ETİRAFLAR: “Elə bir sevginin içindəyəm ki...”
- 25-01-2021, 10:39
- Mədəniyyət
“İtirdiklərimiz, tapdıqlarımız oldu. Biz buna öyrəşən insanlarıq. Ulduz olmaq üçün o qədər şeylər itirmişəm ki... Qurbanlar vermişəm. Ona görə də hər il itirib qazanacağıq. İndi bunu başa düşürəm ki, bütün dünyada sağlamlıq olsun. Bir balaca xəstəlik aləmi bir-birinə qatdı. Mən evi, qohumları tanıdım. Başa düşdüm ki, ən gözəl yemək bişirən mənim köməkçim imiş. Evdə əvvələr qonaq otağına ümumiyyətlə keçmirdik. Mətbəx, yataq otağında olurduq. İndi divanda otururam, fərqinə varıram ki, çox rahat imiş”.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan “MTV Özəl” verilişində qonaq olarkən deyib. Xalq artisti sənət dostları haqqında danışarkən bildirib ki, pessimist insanlardan mümkün qədər uzaq gəzməyə çalışır:
“Elə bir sevginin içindəyəm ki, haqqım yoxdur buradca getməyə. Arada fikirləşirdim ki, qocalanda oxumayacam, səhnədən gedəcəm. İndi isə deyirəm ki, yox. 70 yaşımda belə çimərlik geyimində klip çəkdirəcəm, səhnəyə çıxacam. Fikirləşirəm ki, bu qədər əziyyəti dondurmaq olmaz. Bu sənət xain olmağı, acığa iş görməyi sevmir. Bu peşədə dürüst olmağı, təşəkkür etməyi bacarmalısan. Hətta əlaqəmiz olan insanlar var ki, paxıldılar. Arada üzümüzə də deyirlər. Dürüstlüyü indi həyasızlıqla eyniləşdirir. Guya sözünün düzünü deyir, üzünü çevirib o tərəfinə baxmır. Mən bundan sonra kiməsə dəstək ola bilərəm, ağıl öyrətmək lazım deyil.
2020-ci ildə instaqramda izlədiklərimi sıfırladım. Çünki qarşıma çıxırdı, hamı ağıllı-ağıllı danışırdı. İyrəndim! Başa düşdüm ki, bunları görməsəm, daha yaxşı olacam. Mənim auramı pozdular. Ay bu saçdan məndə də var, sən niyə etmisən? Üzüyümdən Aygün Kazımova da var, taxmayım? Niyə? O qədər ucuz şeylər danışırlar ki... Bir rejissorla, bəstəkarla hamı çalışa bilər. Gələn nəsil daha ağıllı olsun, hər şey düzələcək. İnstaqramı da sıfırlamaq mənimlə bağlıdır. Tünzalə Ağayeva deyir ki, şəxsi həyatında yenə olub ki, biz bada getmişik, hamını çıxarmısan. Elə bilirəm ki, siləndə, hər şey yaxşı olacaq. Xoşlayıram ki, dostlarım uğurlu insanlar olsun. Neqativ, pessimist insanları sevmirəm. Şou-biznesdə elə dostlarım var, çox istəyirəm. Amma iki aydan bir onlarla otururam. Bir də ki, dedi-qodudan uzaq oluram. Aqressiv sənət dostlarıma müraciət edirəm. Ustaları, işçiləri öyrədib bir-birinin üstünə salmayın. Dedi-qodular lazım deyil. Mən danışıb gülürəm, başqasının söhbətini etmirəm”.