Xalq artistindən TƏBİB-ı çağırış: Nə vaxta kimi...
- 23-01-2021, 08:16
- Mədəniyyət
Xalq artisti Tünzalə Ağayeva qadağalarla bağlı TƏBİB-ə müraciət edib.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, tanınmış müğənni feysbuk səhifəsində qurumu tənqid edib və bu sözləri yazıb:
Hörmətli TƏBİB, pandemiya boyu bütün qaydalara riayət edən və "evdəqal “kampaniyasının təbliğatçılarından olan Xalq artisti kimi sizə müraciət edirəm. Qonşu Türkiyə və Rusiya kimi ölkələrin sənətçilərinin pandemiya dövründə bəlli çərçivədə də olsa, fəaliyyətlərini görürük. Nə vaxta qədər bizdə Mədəniyyət , İncəsənət Sahəsinə qarşı qadağalar davam edəcək?! Nəzərinizə çatdırım ki , təəssüf ki əksər Azərbaycan musiqiçilərinin, eləcə də mənim müəllif hüquqlarımızın qorunması və hər hansı bir gəlir əldə edilməsi mövzusu yox dərəcəsindədir . Belə reallıqda, maddi gəlir və alternativ fəaliyyət şəraiti olmayan vəziyyətdə imkan yaradın ki , biz də digər təcrübədə olduğu kimi , bəlli sayda auditoriyalı konsertlər , tədbirlər edə bilək və bilirsiniz ki , bu təqdirdə minlərlə insan ağır vəziyyətdən çıxa bilər. Minlərlə musiqiçi sadəcə gündəlik qazancla yaşayır, onlardan artıq dünyasını dəyişənlər də oldu çox yazıq, digərləri də param-parça vəziyyətdədirlər. Bununla Musiqi Mədəniyyəti çox qiymətli sənətçiləri itirə -itirə gedir. Əksər insanlar tərəfindən olduqca yalnış bir təsəvvür var Azərbaycan tanınmışları haqqında . Baxın başqa ölkələrdə musiqiçi , artist kimi məhşurlaşmaq, bəli, çox yaxşı qazanmaq deməkdir - albom , konsert satışı , internetdə rəqəmsal ticarət , müəllif hüquqlarından gələn gəlir həmin məhşurun qazancıdır. Bizim reallıqda sadaladıqlarımın heç biri işləmir , bunun obyektiv və subyektiv səbəbləri var və alternativ fəaliyyət imkanları da yoxdur hələlik , təəssüf. Bizdə məhşur musiqiçi və artist olmaq iş adamı demək deyil - o Allahın verdiyi səs telləri , istedadı , sadəcə sənət bacarığı sayəsində fəaliyyət göstərir və 1 ildir tamamən , 100 % durğunluq içindədir. Bu vəziyyət Musiqi Mədəniyyətinə töhvələr verə bilən istedadlı, peşəkarların itkisinə aparır".