“İnsanlar çörək almağa pul tapmır“ - Xalq artisti
- 23-01-2021, 14:37
- Mədəniyyət
Xəbər verdiyimiz kimi, Xalq artisti Tünzalə Ağayeva TƏBİB rəhbərliyinə müraciət edib. O, Türkiyə və Rusiya kimi ölkələrin sənətçilərinin pandemiya dövründə bəlli çərçivədə də olsa, fəaliyyət göstərdiklərini deyib.
Mövzu ilə bağlı danışan Xalq artisti Səməd Səmədov təkcə şou nümayəndələrinin deyil, bütün xalqın vəziyyətinin pis olduğunu bildirib:
“Nəinki şou-biznes nümayəndələrinin, bütün xalqın vəziyyəti pisdir. Dünya ölkələrinin vətəndaşları da maddi sıxıntı çəkirlər. Şəxsən mən özüm koronavirusdan yaxın adamlarımı itirmişəm, mənim dostum, aranjemançı Osman anasını, qardaşını itirib, özü də virusdan kəfəni yırtıb çıxıb. Bir aydan çox idi xəstə idi. İnsanlar doğmalarını itirir. Biz bu vəziyyətdən çıxmalı, bir şey fikirləşməliyik. Mən bilirəm ki, çox adamın nəinki ət, toyuq almağa, hətta düyü, çörək almağa belə imkanı yoxdur. Mən bunların hamısını bilirəm, görürəm. Amma biz bu zəhrimardan qurtulmalıyıq”.
S.Səmədov da TƏBİB-ə müraciət edərək iş yerlərinin bir müddətlik açılmasını təklif edib:
“Düşünürəm ki, TƏBİB heç olmasa, 1-2 aylıq icazə verməlidir, "mall"ar, mağazalar, toylar açılsın. Qoy bunlar açılsın, camaat heç olmasa bir az çörək pulu qazansın, sonra yenə bağlayarlar. Heç olmasa hər 3-4 aydan bir möhlət verilməlidir ki, millər çörək pulu qazansın. Mən özüm təqaüd alıram, onunla dolanıram. Həyat yoldaşım keçmiş rus dili müəlliməsidir, o da təqaüd alır. İkimizin təqaüdü ilə yaşayırıq. Nəvələrim hamısı valideynləri ilə birgə Moskvadadırlar. Altı nəvəm getdi ki, yeddinci nəvəmi təbrik etsinlər. Sonra pandemiya başladı, qaldılar orada, gələ bilmirlər. Vəziyyət çox çətindir”.
Yenisabah.az