“Çalışıram ki, ağzıma qoyduğum tikəni qonşum görməsin” – Flora Kərimova
- 20-01-2021, 13:59
- Mədəniyyət
“Mənim bir sözüm var, artıq şüara çevrilib: Vətəni ürəklə sevib, ağılla qorumaq lazımdır. Bəziləri ağlını itirib, ağlı itirəndə ürək də daşa dönür”.
Bu sözləri Xalq artisti Flora Kərimova deyib.
Sənətçi Vətənin şəhid verdiyi vaxtda bəzi həmkarlarının aldıqlarını efirdə göstərməsini sərt şəkildə qınayıb:
“Mən çox şeyi başa düşə bilmirəm, nəsə edəndə abırla etmək lazımdır. Həmkarlarıma demək istəyirəm ki, nələrləsə öyünməsinlər, döşlərinə döyməsinlər, çünki bəzən bu etdikləri başqalarına yara olur. Bəlkə, sənin imkanın var, amma sənə baxanın onları almağa, etməyə imkanı yoxdur. “Fors”larından başqa da nəsə düşünməlidirlər. Mən demirəm yalnız yasa bürünsünlər, amma bizim yaslıq günümüzdür. Şükür ki, torpaqlarımızı qaytara bildik, ancaq biz o yolu getdik, şəhid verdik. Sosial şəbəkələrdə atasının qəbrinin üstündə uzanan uşağı, “Ata, qalx gedək” deyən gözüyaşlı övladları gördük. Bunları görürsünüz axı, niyə belə vicdansızlıq edirsiniz? Belə durumda efirlərə qapınızı açırsınız başlayırsınız bunu aldım, bunu bişirdim deyib göstərməyə. Ətləri şaqqa-şaqqa kəsib ekranda göstərirsiniz. Allah bu ağılı sizə niyə verib?!”
Xalq artisti artıq səhhətində bəzi problemlər yarandığını bildirib:
“Mən artıq oğlumla qızımın himayəsindəyəm, yanımda da Yaqut var, nə fiziki, nə maddi çətinliyim var, amma çalışıram ki, ağzıma qoyduğum tikəni qonşum görməsin. Qurana and içirəm ki, interneti açıb baxa bilmirəm, açan kimi “Ş” hərfini görüb tez çıxıram, çünki bilirəm ki, şəhid xəbəridir, baxa bilmirəm, oxuya bilmirəm. Mən 80 yaşımda “Ş” hərfindən qorxuram. Başqa həmkarlarım niyə bunları düşünmür? Səhərdən axşama qədər ağlayıram. Pəncərədən baxıram, görürəm kimsə bir tikə çörək axtarır, özümə gələ bilmirəm, gecələri yatmıram, səhərə qədər gözümə yuxu getmir. Artıq ürəyim də ağrıyır, heç bu yaşıma qədər ürək ağrısı nədir bilmirdim. Nəfəs ala bilmirəm, əvvəllər bağa düşürdüm, gəzirdim, indi heç onu da edə bilmirəm. Səhərə qədər pəncərəni açıb qarşısında dayanıram, oksigenim çatmır, artıq xəstəyəm. Bu yaşa qədər iki müharibənin sınağından keçmək məni mənəvi şikəst elədi. Nə uşaqlığım normal oldu, nə gəncliyim, nə də ahıl yaşım. Bircə bilirəm ki, övladlarım olmasa mən dayana bilməzdim. Heç onlar da indi ətrafımda deyillər, sabah-birigün dünya ilə sağollaşsam yanımda olmayacaqlar. Dünən Yaquta deyirəm ki, mənə nəsə olsa, vəziyyətim pisləşsə, onların şəkillərini mənə yaxın qoyarsan ki, baxım”.
Yenisabah.az