"Boğuluram, çox ağrılı vəziyyətdir, bitsin qadağalar" - Xalq artisti
- 30-08-2020, 15:02
- Mədəniyyət
"Pullarım ancaq apteklərə, həkimlərə və dərmanlara gedir".
''Azad Səs'' Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva deyib. Aktrisa səhhətinə görə daim müalicələr aldığını söyləyib.
N.Allahverdiyeva karantin günlərindən də bəhs edib. O bildirib ki, teatr üçün darıxıb:
"Ürəyim partlayır. Neçə aydır karantin uzadılır. Mənim kimi səbrli bir insanın da səbri daşıb. Artıq boğuluram. İşləmək istəyirəm. Teatr açılsın, nə qədər insan işini itirib, çox ağrılı vəziyyətdir. Bütün dünyada baş verən bir prosesdir, bunu anlayıram. Amma heç olmasa bəzi qadağalar aradan qaldırılsın. Rayonlara gediş-gəlişə icazə verilsin. Bilirsiniz, nə qədər insan rayonda yaşayır, amma Bakıda işləyir. İndi qalıblar, gələ bilmirlər".