Arif Quliyev: “Təqaüddəyəm, kef edirəm”
- 3-09-2020, 14:11
- Mədəniyyət
“Təqaüddəyəm, kef edirəm, dincəlirəm. Dəvət edilən verilişlərə qonaq gedirəm, bəzən qonaq olduğum efirlər təkrar göstərilir”.
Bu barədə Unikal.org-a koronavirus pandemiyası dövrünü necə keçirməsi barədə danışan Xalq artisti Arif Quliyev deyib.
“Karantin bizə sağlam olmaq üçün yarayır, çünki biz ailəmizə, xalqımıza, dövlətimizə sağlam lazımıq. Pensiyada olduğum üçün heç bir yaradıcılıqla məşğul deyiləm, həm də pandemiyaya görə iş yoxdur, elə sağlamlıqla məşğuluq. Boş vaxtlarımda kitab oxuyuram, yeni yumor əsərləri yazıram, bir də hobbim var: təsbeh düzəldirəm. Əl işimi cibimə qoyub, rast gəldiyim yaşlı insanlara bağışlayıram. Bu bacarığımı da karantində kəşf etdim. Karantindən sonra “Gülüş qatarı” silsilə verilişləri hazırlamaq fikrindəyəm. Hələ ki dözmək və gözləmək lazımdır”, – deyə Xalq artisti bildirib.