Ermənistanın əksər bankları “Mir” kartlarına xidmət göstərməyəcək
- 19-03-2024, 09:42
- Dünya
Rusiyanın “Mir” ödəniş sisteminin kartları 2024-cü il martın 30-dan Ermənistanda əksər bankların bankomat və POS terminallarında işləməyəcək.
“Report”un məlumatına görə, bu barədə RBC-yə Ermənistan VTB-nin adı açıqlanmayan nümayəndəsi bildirib.
O qeyd edib ki, istisna VTB Ermənistan bankının (Rusiya VTB-nin törəmə müəssisəsi - Qeyd) infrastrukturu olacaq. İndi Mir kartları Ermənistanda işləyir və yerli banklar tərəfindən qəbul edilir.
“Biz dost ölkələrlə öz infrastrukturlarında Mir kartlarını qəbul etmək üçün işləməyə davam edirik. Eyni zamanda, hər bir ölkə bu kartların qəbulu ilə bağlı qərarını müstəqil qəbul edir”, - Rusiya Bankının nümayəndəsi bildirib.