Lukaşenkodan ermənilərə tövsiyə: “İlham Əliyevlə danışın, bu gün qəbul etməsəniz, sabah daha pis olacaq”
Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistan, Azərbaycan və Rusiyanın razılaşdırılmış qərarlarını dəstəkləyəcəyini bildirib.
“Belarus Respublikası və mən bir prezident kimi Ermənistan, Azərbaycan və Rusiyanın razılaşdırılmış qərarını dəstəkləyəcəyik”, - deyə dövlət başçısı bəyan edib.
O, Ermənistan və Azərbaycana müraciət edərək, ölkələrin razılığa gəlməsini təklif edib. Eyni zamanda, Lukaşenkonun sözlərinə görə, Rusiya “bu müqaviləni təqdir edəcək”.
“Ermənistan, Azərbaycan, Rusiya bu müddət ərzində vəziyyəti bir daha təhlil etməli və KTMT-nin iclasında şəxsən bizə hesabat verməlidirlər. Bundan sonra biz qərar qəbul edəcəyik”, - deyə Belarus prezidenti sammitin noyabrda İrəvanda əyani şəkildə keçirilməsini təklif edib.
Eyni zamanda, Belarus prezidenti bildirib ki, KTMT və Azərbaycanı qarşı-qarşıya qoymaq yanlışdır. Dövlət başçısının sözlərinə görə, həm Azərbaycan, həm də Ermənistan Belarusa “doğmadır” və bu səbəbdən də bu iki dövlət arasındakı münaqişə yalnız sülh yolu ilə həll edilməlidir.
Həmçinin, Belarus lideri İrəvanı Bakı ilə konstruktiv danışıqlara başlamağa çağırıb.
“İlham Əliyevlə danışın, lazım gələrsə, Rusiya prezidentinə müraciət edin və qərar qəbul edin. Özünüz başa düşürsünüz ki, bu gün qəbul etməsəniz, sabah daha pis olacaq. bu münaqişə bizə lazım deyil”, - deyə Lukaşenko əlavə edib.