Mir Şahin artıq jurnalist deyil, o..." - Turan İbrahim
- 26-09-2020, 12:57
- Mədəniyyət
"Demədi Demə" internet kanalında yayımlanan "7 Qırmızı" layihəsinin növbəti qonağı tanınmış teleaparıcı Turan İbrahimov olub.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, aktual sualları cavablandıran Turan İbrahim ATV rəhbərliyini tənqid edib.
Turan İbrahim jurnalistlər üçün inşa edilmiş binadan evi ola-ola mənzil alan şəxsləri də tənqid edərək bildirib ki, jurnalistlərə verilən 2 binadan evlərin paylanılması prosesi ədalətsiz həyata keçirilib:
"Əgər istəsəydim mən də o binadan ev ala bilərdim. Amma bunu istəmədim. Axı evim ola-ola niyə başqalarının haqqına girməliyəm? İndi də hesab edirəm ki, evi ola-ola mənzil alanların hərəkəti kişiliyə yaraşnır".
Turan İbrahim tanınmış telejurnalist Mirşahin Ağayevlə münasibətlərinə də toxunub:
"Mir Şahin mənim dostumdur. Mir Şahin Azərbaycanın bir nömrəli propaqandistidir. Mir Şahin artıq jurnalist deyil, o, təbliğatçıdır".
Turan İbrahim ANS TV-nin də tezliklə açılmasına tərəfdar olduğunu söyləyib:
"ANS TV mütləq açılmalıdır. O vaxtı ANS TV-ni FETÖ ilə əlaqlərinə görə bağladılar. Ümumiyyətlə, FETÖ xərçəng xəstəliyi kimi bir şeydir. Bu xəstəliklə əlaqəsi olan hər kəs ifşa olunub cəzalandırılmalıdır. O cümlədən ANS TV ilə bağlı qərara da yenidən baxılmalıdır. Düşünürəm ki, ANS gec-tez açılacaq. İnşallah ANS açılandan sonra da Azərbaycanın müstəqillik tarixi ilə bərabər yaşda olan bir qurum kimi yoluna davam edər".