Ukrayna Darya Duqinanın qətlində iştirakını rədd edib
- 21-08-2022, 14:00
- Dünya
Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak Moskva vilayətində “Russkiy mir” ideoloqu Aleksandr Duqinin qızı Darya Duqinanın qətlində Kiyevin hər hansı əli olduğunu inkar edir.
“Ukraynanın, əlbəttə ki, bununla heç bir əlaqəsi yoxdur. Çünki biz kriminal dövlət deyilik", - Podolyak milli telemarafonun efirində deyib.
Qeyd edək ki, qadının avtomobilinə yerləşdirilmiş bombanın partlaması nəticəsində öldüyü bildirilib. Bəzi dairələr tərəfindən partlayışın arxasında Kiyev hakimiyyətinin olduğu iddiası irəli sürülüb.