Aİ Rusiyanın 7 bankını SWIFT-dən ayırdı
- 2-03-2022, 17:51
- İqtisadiyyat / Manset
Avropa İttifaqı Rusiyanın 7 bankını SWIFT sistemindən ayırıb.
“Azadsəs.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında yayımlanan sənəddə qeyd olunub.
Sözügedən banklar “VTB”, “Rossiya”, “Otkrıtie”, “Novikombank”, “Promsvyazbank”, “Sovkombank” və “VEB.RF”dir.
Bundan əlavə, bir neçə istisna olmaqla Rusiyaya avro banknotları göndərmək və yaxud ixrac etmək də qadağan olunub.
Aİ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin Ukraynadakı vəziyyətlə əlaqədar olduğunu bildirib.