İsrailin Baş naziri Zelenskiyə nə tövsiyə edib?
- 12-03-2022, 14:19
- Siyasət
İsrailin Baş naziri Naftali Bennet Ukrayna Prezidenti Volodimir Zelenskiyə müharibənin başa çatması ilə bağlı Rusiyanın təkliflərini qəbul etməyi tövsiyə edib.
“Azadsəs.az” xəbər verir ki, bu barədə məlumatı Ukrayna hökumətində olan bir mənbəyə istinadən Amerikanın “Axios” portalı yayıb.
Ukrayna mediası yazır ki, sözügedən portal Rusiyanın təkliflərinə nələrin daxil olduğunu qeyd etməsə də, Kreml Ukraynadan ölkənin demilitarizasiyasını, Ukraynanın neytral status almasını, eləcə də Ukrayna tərəfindən Krımı Rusiyanın ərazisi kimi, qondarma DXR və LXR-in isə müstəqilliyinin tanınmasını tələb edib.
Adı açıqlanmayan yüksək vəzifəli ukraynalı məmur bildirib ki, Naftali Bennet martın 8-i Volodimir Zelenskiyə zəng edib və ona təklifi qəbul etməyi tövsiyə edib.
“Bennet mahiyyət etibarilə bizə təslim olmağı deyir, biz isə bunu etmək niyyətində deyilik”, - deyə məmur söyləyib.
İsrail Baş nazirinin ofisinin nümayəndəsi isə tərəflər arasında baş tutan telefon danışığının detallarının ukraynalı məmurun dediyi şəkildə olmadığını qeyd edib. O bildirib ki, Bennet Zelenskiyə Putinin təklifini qəbul etməyi tövsiyə etməyib, çünki İsrail belə bir təklif almayıb: “Baş nazir heç bir mərhələdə Zelenskiyə hər hansı tövsiyə və yaxud məsləhət vermək niyyətində deyil”.
O bildirib ki, Zelenski və Bennet arasında baş tutan telefon danışığı yaxşı və uzun olub: “Tərəflər Yerusəlimdə vasitəçilik görüşünün keçirilməsinin mümkünlüyünü müzakirə edib”.