azadses.az » Dünya » Türkiyənin Rusiya ilə əməkdaşlıq üçün yeni bank yaratma planı onu sanksiya hədəfinə çevirir?-AÇIQLAMA

Türkiyənin Rusiya ilə əməkdaşlıq üçün yeni bank yaratma planı onu sanksiya hədəfinə çevirir?-AÇIQLAMA

Bir neçə gün əvvəl Türkiyənin dövlət bankları Rusiyanın “Mir” kartları ilə işləməyi dayandırdı. Ötən gün isə Rusiya-Türkiyə Biznes Şurasının direktoru Aleksey Yeqarmin Türkiyənin “Mir” ödəniş sisteminin kartları ilə işləmək üçün yeni bank və ya hesablaşma mərkəzi yaratmağı planlaşdırdığını açıqlayıb. O qeyd edib ki, bu bank Avropa İttifaqı (Aİ) və ABŞ-ın sanksiya təzyiqindən asılı olmayacaq. Bundan əlavə, bankın sanksiyalardan yayınmaq üçün blokçeyn hesablaşmaları və ya qapalı klirinqə əsaslanan xüsusi sistem yaradacağı da diqqətə çatdırılıb.

Maraqlıdır, Türkiyənin Rusiya ilə iqtisadi əlaqələri inkişaf etdirməsi hazırkı vəziyyətdə onu hədəf taxtasına çıxara bilər? Türkiyəyə də iqtisadi sanksiyalar tətbiq edilə bilərmi? Həmçinin Rusiya-Türkiyə əlaqələrinin inkişafı Azərbaycana nə kimi müsbət və ya mənfi təsirlər göstərəcək?


Məsələ ilə bağlı Oxu.Az-a danışan iqtisadçı-ekspert Xalid Kərimli yaxın gələcəkdə Türkiyəyə hər hansısa sanksiyanın tətbiq ediləcəyinə düşünmür:




“Çünki faktiki olaraq Avropanın özü də Rusiya ilə əlaqələr saxlayır. Oradan əmtəə, qaz, neft, meşə və metal məhsulları alırlar. Yəni Rusiya ilə bütün əlaqələri kəsməyiblər ki, digər ölkələrdən də bunu tələb etsinlər. İndiki məqamda Türkiyəyə sanksiya tətbiq etmək Türkiyəni Rusiyanın yanına itələməkdir. Qərbin isə belə bir arzusu ola bilməz. Sadəcə məsələ ondan ibarətdir ki, Türkiyə Rusiya ilə ticarət əlaqələrini inkişaf etdirir. Lakin rus turistlər gəlib Türkiyədə pul xərcləməkdə çətinliklərlə qarşılaşırlar, ödəniş edə bilmirlər. Ona görə də birgə bank yaradıb məsələni bu şəkildə tənzimləmələri başadüşüləndir. Çünki Türkiyə Rusiya ilə münasibətləri pisləşdirmək yox, yaxşılaşdırmaq niyyətindədir. Təbii ki, bu səbəblə müəyyən dərəcədə sıxışdıracaqlar, təzyiq edəcəklər. Çinə də təzyiq edirlər. Amma ölkələrin siyasətləri də bu təzyiqləri neytrallaşdırmağa istiqamətlənir”.

Ekspert sanksiyaların tətbiq ediləcəyi təqdirdə lirənin ciddi dəyər itirəcəyini vurğulayıb:

“Türkiyənin xarici ticarətində Avropa mühüm rol oynayır, demək olar ki, üçdəbiri paya sahibdir. Bu baxımdan Qərbin sanksiyaları həm özlərinə, həm də Türkiyə iqtisadiyyatına ciddi mənfi təsir göstərə bilər, çünki təsir birtərəfli olmur. Amma Türkiyənin Mərkəzi Bankının siyasətində lirənin məzənnəsi diqqət mərkəzində deyil, əsasən, iqtisadi artıma yönələn bir siyasət yürüdürlər. Yəni lirəni stabil saxlamaq və ya bahalaşdırmaq kimi niyyətləri yoxdur”.

Müsahibimiz Rusiya-Türkiyə əlaqələrinin inkişaf etməsinin Azərbaycana həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən maraqlı olduğunu bildirib:

“Yəni bütün aspektlərdə bu iki ölkənin münasibətlərinin yaxşılaşdırılması bizə fayda verir. Ən azından Zəngəzur dəhlizi ilə bu ölkələrlə ticarət əlaqələrini inkişaf etdirmək, tranZit imkanlarımızı yaxşılaşdırmaq kimi hədəfimiz var”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?