Ermənistan əhalisi azalır
“2050-ci ilə qədər Ermənistanın əhalisi azalaraq 2,6 milyon nəfər təşkil edəcək”.
Bunu BMT-nin nümayəndəsi Anna Hovhannisyan jurnalistlərlə görüşdə deyib.
Onun sözlərinə görə, bu, ümumi doğum nisbətinin azalması ilə əlaqədardır. Ekspert həmçinin miqrasiya sürətinin dəyişməsini də Ermənistan əhalisinin azalmasının səbəbi kimi göstərib.
Hovhannisyan vurğulayıb ki, əhalinin sayının artırılması üzrə proqramlar həyata keçirilsə belə, prosesi tamamilə dayandırmaq mümkün deyil, onu yalnız yumşaltmaq olar.
BMT nümayəndəsi bildirib ki, Gürcüstan və Rusiya əhalisinin sayı da 2050-ci ilə qədər azalmağa davam edəcək, digər region ölkələrində isə artacaq.
Qeyd edək ki, 2021-ci ildəki siyahıyaalmaya əsasən, Ermənistanda əhali sayı təqribən üç milyondur.