azadses.az » Dünya » Ondrjey Soukup: “Ukrayna və Rusiyanın indi nəyisə razılaşdırmaq istəyi yoxdur”

Ondrjey Soukup: “Ukrayna və Rusiyanın indi nəyisə razılaşdırmaq istəyi yoxdur”

“Qorxuram ki, bu böhranın, müharibənin münasib şərtlər çərçivəsində və tez həlli yolu yoxdur. Aydındır ki, hər iki tərəf bəlli səbəblərdən geri çəkilmək niyyətində deyil. Vəziyyət, çox güman, ona gətirib çıxaracaq ki, ilin sonunda hər iki tərəf yorulacaq və resursları tükənəcək”.

Bu sözləri Oxu.Az-a açıqlamasında artıq beş aydır Ukrayna ilə Rusiya arasında davam edən müharibənin təhlilini aparan Çexiyanın “Hospodářské noviny” (“İqtisadi xəbərlər”) qəzetinin beynəlxalq şöbəsinin redaktoru Ondrjey Soukup deyib.

O.Soukup hesab edir ki, Rusiya bütün Donetsk vilayətini ələ keçirə bilər və bu indi Moskvanın özü üçün müəyyənləşdirdiyi əsas strateji məqsəddir.

“Bu zaman isə Kreml deyə bilər ki, biz Donetskdən Krıma qədər olan əraziyə sahib çıxırıq. Ancaq aydındır ki, ukraynalılar bununla razılaşmayacaqlar. Üstəlik, Rusiyanın bu şərtinə razı olacaq hər bir ukraynalı siyasətçi üçün bu, siyasi intihar demək olacaq. Ona görə də mənə elə gəlir ki, bizi uzun müddətli dondurulmuş münaqişə və soyuq müharibə gözləyə bilər. Məsələn, atəşkəsdən sonra şimal və cənub hissələrə bölünən Koreya nümunəsi kimi. Orada bu günə qədər hər hansı sülh müqaviləsi əldə olunmayıb”.

Ukraynadakı hadisələrin “Qarabağ planı”na uyğun olaraq inkişaf etməsi və gələcəkdə Ukraynanın da Azərbaycan kimi öz torpaqlarını işğaldan azad etmək gücündə olmasına dair proqnoza isə Ondrjey Soukup belə cavab verib:

“Bu analogiyadan istifadə etsək, o zaman Ukrayna işğal olunan ərazilərini hərbi yolla geri qaytarmalıdır. Rusiya və Ukraynanın əhalisini və hərbi potensialını nəzərə alsaq, bu mümkündürmü? Bu, çox çətin olacaq”.

Ekspert Avropanın vasitəçiliyini, həmçinin Türkiyənin təqdim etdiyi platformaya da öz münasibətini bildirib:

“Ankara təbii ki, münaqişəni həll etməyə çalışır və bununla da öz statusunu yüksəldir. Həqiqətən də Türkiyənin təklif etdiyi platforma heç də pis deyil. Problem ondadır ki, Ukrayna və Rusiyanın indi nəyisə razılaşdırmaq istəyi yoxdur. Hər iki tərəf hərbi baxımdan kimin qalib gəldiyini, kimin müəyyən uğur qazana bildiyini müəyyənləşdirmək üçün ilin sonunu gözləyir. Bundan sonra isə əlbəttə ki, heç olmasa atəşkəs haqqında danışıqlar aparmaq lazım gələcək”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?