"Hər an Türkiyə ilə hərbi müqavilə bağlana da bilər" - SİYASİ EKSPERT
- 11-11-2020, 12:02
- Siyasət
"Türkiyə və Azərbaycan arasında münasibətlər olduqca sıxdır. Demək olar ki, hər iki gündən bir Türkiyə nümayəndə heyəti Bakıya gəlir və xüsusilə Qarabağda baş verən proseslərlə bağlı müzakirələr aparılır. İndiki görüş də məhz bu istiqamətdə baş tutub".
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri siyasi şərhçi Rusif Məmmədsoy açıqlamasında deyib. O, sözlərinə əlavə edərək deyib:
"Azərbaycan tərəfi Qarabağda qələbə qazandı, Ermənistanı kapitulyasiyaya məcbur etdi. Hazırda İrəvan küçələrində çox böyük xaos hökm sürür. Səbəb isə düşmən tərəfin məğlubiyyəti və Nikol Paşinyanın məlum sənədə imza atmasıdır. Həmin sənədə gəlincə isə, hazırda bununla bağlı bəzi narahatlıqlar var. Həmin narahatlıqlar Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsidir. Hesab edirəm ki, Rusiya, Türkiyə və Azərbaycan arasında müəyyən danışıqlar baş tutub. Qarşı tərəf də məsələyə bu istiqamətdə müdaxilə edib".
Ekspert Türkiyənin Rusiya ilə birgə sülhməramlı qismində Dağlıq Qarabağda ola bilmə ehtimalından danışaraq bildirib ki, bununla bağlı müqavilədə hər hansı bənd yoxdur.
"Həm Azərbaycan, həm də Türkiyə tərəfi türk sülhməramlıların gələcəyini qeyd edir. Ölkə başçısının, "Türkiyə olmadan heç bir danışıq olmayacaq" cümləsini rəhbər tutaraq deyə bilərəm ki, Türkiyə bu proseslərdə artıq əsas amildir. Yəni, Türkiyə Cənubi Qafqazdadır! Rusiya isə bu məsələ ilə bizə hər hansı təsir imkanı əldə etmiş olduğunu düşünmürəm. Çünki belə bir razılaşma mütləqdir ki, özündə başqa məsələləri də ehtiva edir. Əgər bu bizim üçün hər hansı bir təhlükə törətsə belə, artıq Türkiyə var. Hər an Türkiyə ilə Azərbaycan arasında hərbi müqavilə bağlana da bilər. Bunu istisna edə bilmərik. Bu işin sadəcə rəsmi tərəfidir. Türkiyənin burda olması, bütün bu görüşlər bizim üçün qarant rolunu oynayır. Bir qədər gözləməkdə fayda var. Daşlar yerinə oturacaq".