“Moskvanın bu mövzuda danışmağa haqqı yoxdur” - Stoltenberq
NATO Rusiyaya xəbərdarlıq edib.
“Azadsəs.az” xəbər verir ki, bu barədə NATO Xarici İşlər Nazirlərinin Latviyanın paytaxtı Riqadakı görüşündə NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Ukraynanın ərazi bütövlüyünə dəstəyimiz dəyişməzdir”, - Stoltenberq bildirib.
İki günlük görüşün gündəmində Ukrayna-Rusiya sərhədindəki gərginlik olub.
Stoltenberq bildirib ki, Rusiyanın Ukraynaya mümkün hücumunun ağır nəticələri olacaq:
"Bu, iqtisadi və siyasi nəticələr olacaq".
O, əlavə edib ki, Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərarı alyans verəcək və Moskvanın bu mövzuda danışmağa haqqı yoxdur.