ABŞ-Rusiya üz-üzə: Üçüncü Dünya müharibəsi... - AZƏRBAYCANI NƏ GÖZLƏYİR?
- 5-02-2021, 11:42
- Dünya
ABŞ-da baş verən hakimiyyət dəyişikliyindən sonra Birləşmiş Ştatlarla Rusiya arasında müxtəlif qarşıdurmalar başlayıb. Bir müddət öncə ABŞ və Rusiya Ukrayna, Suriya, hətta Liviyada qarşı-qarşıya gəlib. Bu qarşıdurmalar yeni Dünya müharibəsinin başlanğıcı ola bilərmi?
Bu haqda Redaktor.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, Rusiyanın qonşu ölkələr olan Ukrayna və Gürcüstana təcavüzü, Azərbaycanın siyasi məsələlərinə qarışması ABŞ-ı qıcıqlandırır:
“ABŞ çalışır ki, Rusiyanı sıxışdırsın, onun müəyyən bölgələrdəki hərəkətliliyini azaltsın. ABŞ Rusiyanı özünə militarist rəqib sayır. Əhalini maddi rifah səviyyəsinin yüksək olub-olmamasına baxmayaraq, Rusiyanın yeni silah növlərinin yaradılmasına böyük vəsait sərf etməsi, dünya hökmranlığına can atması ABŞ qəzəbinə səbəb olub. İki nüvə dövləti arasında müharibənin olacağına inanmıram. Dünya buna tab gətirə bilməz. Lakin müxtəlif formalarda rəqabətin olması, qarşıdurmaların baş verməsi qaçınılmazdır”.
Politoloq kəskinləşən münasibətlərin bölgəyə təsirindən də danışıb. O qeyd edib ki, Azərbaycan hər iki dövlətlə normal münasibətləri davam etdirir:
“Rusiya ilə yaxın qonşuluq münasibətlərimiz var. Strateji tərəfdaş hesab olunuruq. Bütün hallarda iki böyük dövlətin qarşıdurması bizim üçün təhlükəlidir. Qonşuda yararanan yanğının qığılcamlarının bir hissəsi bizim əraziyə düşə bilər. Biz iki dövlət arasında qarşıdurmanın yox, qarşılıqlı anlaşmanın tərəfdarıyıq”.