“Bu, Rusiyanın intiharı olacaq” - Zelenski
- 7-04-2022, 11:20
- Dünya
“Əgər Rusiya müharibəni davam etdirmək qərarına gəlsə, bu, onların intiharı olacaq”.
“Azadsəs.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.
Zelenski qeyd edib ki, Rusiya hərbçiləri taktikanı dəyişib və öldürülən ukraynalıların cəsədlərini işğal olunmuş ərazilərdə küçələrdən və zirzəmilərdən çıxarmağa çalışır:
“Bu, sadəcə sübutları gizlətmək cəhdidir. Amma onlar buna nail ola bilməyəcəklər, çünki çoxlu insan həlak olub. Bunun da məsuliyyəti olacaq. Biz minlərlə itkin insan haqqında məlumatlıyıq. Obyektiv araşdırmalar, peyk görüntüləri və həqiqəti üzə çıxarmağa kömək edən digər vasitələr sayəsində Rusiyanın Ukrayna ərazisində törətdiyi hərbi cinayətlərin əksəriyyəti ilə bağlı bütün hallar aydınlaşdırılacaq. Əgər dünya Rusiya hərbçilərinin Ukrayna ərazisində törətdiklərini soyqırım adlandırmağın icazəli olub-olmaması ilə bağlı müzakirələrə başlayıbsa, o zaman həqiqət axtarışını artıq dayandırmaq olmaz. Bunu geri götürmək mümkün deyil”.
Zelenski bildirib ki, Ukraynaya qarşı növbəti təcavüzdən tez bir zamanda imtina etməklə Rusiya dövlətçiliyinə və Rusiyada əsas qərarlar qəbul edən şəxslərə dəyən ziyanı azaltmağa çalışmaq olar:
“Əgər belə deyilsə, heç nə dəyişməyibsə, bu, Rusiyanın intihardır. Müharibənin davam etdirilməsi variantını seçən hər kəs intihardır”.