Zelenski Ukrayna xalqına müraciət etdi
Ukrayna Prezidenti Vladimir Zelenski xalqına videomüraciət edib.
“Azadsəs.az”ın məlumatına görə, o, videomüraciətində bildirib ki, Rusiyanın hər hansı bəyanat və hərəkətlərinə baxmayaraq, ölkəsinin beynəlxalq səviyyədə tanınmış sərhədləri dəyişməz qalacaq.
“Bizim və dövlətimizin tarixlə bağlı uzun-uzadı mühazirələr oxumağa vaxtımız yoxdur. Ona görə də keçmişdən danışmayacağam. Mən sizə reallıqlar və gələcək haqqında danışacağam: Ukrayna Rusiya Federasiyasının hər hansı bəyanatlarına və hərəkətlərinə baxmayaraq, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində qalacaq”, - V.Zelenski qeyd edib.
Ukrayna Prezidenti bildirib ki, Rusiyanın qondarma “LXR” və “DXR”in “müstəqilliyini”bu tanıması Ukraynanın ərazi bütövlüyünə müdaxilə deməkdir. O qeyd edib ki, bütün bunlara görə məsuliyyəti Rusiya tərəfi daşıyır.
Zelenski onu da qeyd edib ki, ukraynalılar sakitdirlər və özünəinamı itirməyiblər:
“Buna görə bütün vətəndaşlara təşəkkür etmək istərdim - siz bir daha sübut edirsiniz ki, ukraynalılar ağıllı və müdrik xalqdırlar. Və hər şeyə baxmayaraq, soyuqqanlılığı saxlayır, sakit, balanslı reaksiya verir. Heç kimə heç nə verməyəcəyik. Bundan əminik. Çünki 2014-cü ilin yox, 2022-ci ilin fevralındayıq. Başqa bir ölkə, başqa bir ordumuz var. Əsas məqsədimiz Ukraynada sülhdür”.