Araz Əlizadə Zelenskini Hitlerlə eyniləşdirdi - Video
- 2-04-2022, 16:23
- Siyasət
“Zelenski hakimiyyəti ilə Hitler hakimiyyəti arasında heç bir fərq yoxdur”.
“Azadsəs.az” xəbər verir ki, bu sözləri “Yeni Musavat”ın canlı efirində qonaq olan Azərbaycan Sosial Demokrat Partiyasının sədri, eks-deputat Araz Əlizadə bildirib.
O, hazırda Ukraynada hakimiyyətdə olanları faşist adlandırıb: “Faşist dedikdə mən nəyi nəzərdə tuturam?! Ukraynada çox mülayim xalq yaşayır. Lakin orada qərbi ukraynalılar var. Qərbi ukraynalılar çox qəddardırlar və onlar hakimiyyəti ələ alıblar”.
A. Əlizadənin sözlərinə görə, NATO Ukraynada heç də Rusiyadan çəkingən mövqe sərgiləmir: “Səhərdən axşama qədər Ukraynanı silahlandırır”.
Politoloqun fikrincə, Ukraynada hakimiyyət dəyişikliyi baş verənə qədər Rusiya müharibəni davam etdirəcək: “Xalq Ukrayna hakimiyyətinin yanında deyil. Xalq hakimiyyətin yanında olsa idi, hakimiyyət topları binaların qarşısında qoymağa məcbur olmazdı”.
Onun sözlərinə görə, Rusiya ordusu Ukrayna şəhərlərinə zərbələr endirmir. Araz Əlizadənin fikrincə, Rusiya hərbçiləri Ukrayna şəhərlərdə yerləşdirilən raketlərə, texnikalara məcburiyyət qarşısında zərbələr endirirlər: “Müharibənin bir qanunu var. Sən düşməni onun istəmədiyi şeyi etməyə belə məcbur edirsən. Bomba ölənin rus və ya ukraynalı olmasına baxmır”.
O vurğulayıb ki, Zelenski hakimiyyəti ilə Hitler hakimiyyəti arasında heç bir fərq yoxdur.