azadses.az » Cəmiyyət » Baş infeksionistdən AÇIQLAMA

Baş infeksionistdən AÇIQLAMA

“Koronavirusa yoluxma sayının çoxalması insanlar arasında təmasların artması ilə birbaşa əlaqədardır. Artıq payız mövsümündəyik və havaların soyuması əhalinin daha çox bağlı məkanda olmasına səbəb olur və bu zaman həmin məkanlarda havalandırma daha az aparılır”.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu Baş infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, təmasların artması zamanı karantin tədbirlərinə etinasızlıq da buna səbəb olur: “Ölkəmizdə hərbi vəziyyətin elan olunması və bu vəziyyətin doğurduğu bəzi mənfi məqamlar da nəzərə alınmalıdır. Hələlik yoluxma sayında mənfi dinamika izlənilir və bunun davam edəcəyini düşünürəm. Ancaq onu da qeyd etmək lazımdır ki, keçən həftə ilə müqayisədə yoluxma sürətində bir qədər azalma müşahidə edilir”.
 
İnfeksionist qeyd edib ki, bu gün ölkə çox böyük sınaq qarşısındadır və belə bir zamanda məsuliyyət hissi iki-üç qat artmalıdır: “Hərbçilərimizin yoluxma riskinin azaldılması üçün ilk növbədə bütün ərazilərdə qeyd olunan karantin qaydalarına kollektiv əməl etməliyik. Xüsusən döyüş bölgələrində hərbçilərlə təmasları minimuma endirməliyik. Bu gün səfərbərliyə alınmış vətəndaşlarımız orduya göndərilməzdən əvvəl mütləq qaydada yoxlanılır. Lakin hər birimiz özümüzdə narahatlıq hiss edəriksə, bunu gizlətməməli və mütləq həkimə müraciət etməliyik. Eyni zamanda döyüşçülərimiz ilə təması olan mülki şəxslərin ailə üzvlərindən kimsə xəstələnibsə, bunu da nəzərə almaq lazımdır”.
 
Həkimin sözlərinə görə, koronavirusun əsas əlamətləri bədən hərarətinin yüksəlməsi, quru və ya çox az miqdar bəlğəmin ifrazı ilə öskürək, yorgunluq hissi, təngnəfəslik, döş qəfəsində darlıq hissi, həmçinin boğazda ağrı, iybilmə və dadbilmənin azalması və digərləridir: “Bu əlamətlər digər respirator virus infeksiyaları zamanı da rast gəlindiyindən yalnız həkim-mütəxəssisə müraciət etməklə və lazım gələrsə, xüsusi laborator testlər aparılmaqla xəstəliyi təsdiqləmək mümkün sayılır. Burada əsas məqam ondan ibarətdir ki, insanlar bu əlamətləri adi soyuqlama kimi qəbul etməsinlər və özünümüalicə ilə məşğul olmasınlar”.
 
T.Eyvazov vurğulayıb ki, rəsmi statistik məlumatlara əsasən, ən yüksək yoluxma göstəricisi 50-59 yaş aralığındadır (21%): "Yoluxma sayına görə ikinci yerdə 30-39 yaş (18%) və üçüncü yerdə 60-69 yaş aralığında (16%) olan şəxslər gəlir".APA
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  2. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  3. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  4. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  5. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  6. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  7. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  8. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  9. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  10. Şabranda evə basqın olub, ölən və yaralanan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”