“Payız koronavirusu dəstəkləyən fəsildir...” – Baş infeksionistdən açıqlama
- 22-09-2020, 09:45
- Cəmiyyət
Payızın gəlişi müxtəlif respiratorlu xəstəliklərin intensivləşməsi ilə xarakterizə olunur. Xüsusilə hazırkı pandemiya şəraitində ekspertlər xəstəliklərin, koronavirusun daha da artacağnı ehtimal edir.
''Azad Səs'' xəbər verir ki, məsələ ilə bağlı Sfera.az-a danışan baş infeksionist Cəlal İsayev payız fəslində koronavirusa yoluxma hallarının çoxalmasının səbəblərini və yoluxmanın qarşısının alınması metodlarını açıqlayıb:
"İlk növbədə insanlara maskadan istifadəni, ara məsafənin gözlənilməsini və toplu yerlərdən uzaq olmağı məsləhət görərdim. Biz payızda koronavirusun çoxalması ehtimalını ona görə deyirik ki, bu fəsildə çox sayda respirator törədən viruslara yoluxuruq ki, bununla bərabər koronavirusa da yoluxsaq artıq xəstəlik ağır cərəyan edər.
Bundan başqa, koronavirusa yoluxub xəstəliyi subklinik keçirən şəxslər də qrip və digər respirator xəstəliklərə yoluxursa onda zökəm əlamətləri yaranır və bu da xəstəliyin yayılmasını sürətləndirir.
Bu baxımdan ilin soyuq fəsilləri koronavirisun yayılmasını dəstəkləyən fəsillər kimi xarakterizə olunur. İstər qrip istərsə də koronavirusdan maska istifadə etməklə və gigiyena qaydalarına əməl etməklə qoruna bilərik”.
Baş infeksionist immun sistemini güclü tutmağın yollarını da açıqlayıb:
"Qidalanmağa gəlincə isə kifayət qədər vitaminlə zəngin, çoxmayeli qidalar qəbul etməliyik. Göy-göyərti, meyvə-tərəvəzə üstünlük verib, gündəlik balansı qorumalıyıq. Konservatlardan, qazlı içkilərdən uzaq durmaq, təbii qidalanmaq lazımdır. Bundan əlavə açıq havada insanların az olduğu yerdə vaxt keçirmək də çox yaxşı olardı. Həmçinin yuxu rejimini gözləmək, stressdən qaçmaq bizim immun sistemimizi dəstəkləyən faktorlardır”.