azadses.az » Cəmiyyət » "Həm SMS icazə, həm də total qapanmalar qaçılmazdır" - TƏBİB-in həkim-infeksionisti

"Həm SMS icazə, həm də total qapanmalar qaçılmazdır" - TƏBİB-in həkim-infeksionisti

"Vəziyyət kritikdir". 
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
İnfeksionist bildirib ki, bu şəkildə davam etsə, ölkənin böyük əksəriyyətində yoluxma sayları yüksələcək:
"Yoluxmanın 1000-in üzərində olması ciddi bir rəqəmdir. Yoluxanlarının sayının daha da artma ehtimalı var. Xəstəliyin bir insandan digərinə çox asan və sadə yolla yoluxduğuna görə və yoluxma əmsalı yüksək bir xəstəlik olduğuna görə insan faktoru çox önəmlidir. Hər kəs bilir və ilk gündən biz də dəfələrlə vurğulamışıq ki, COVİD hava damcı yolu ilə, tənəffüs yolu vasitəsilə bir şəxsdən digərinə yoluxur və insanlar arasında kontakt, ünsiyyət, sıxlıq nə qədər çox olarsa düzmütənasib olaraq yoluxma ehtimalı da bir o qədər yüksələcək. Bu gün bizim yoluxmamız keçən həftəyə nisbətən 150-200-ə qədər artıbsa əgər, bu o deməkdir ki, insanlar arasında ünsiyyət, təmas gözlənilmədi.
Əgər qorunma tədbirlərinə riayət edərsək, mən demirəm yoluxmanı sıfırlaya bilərik, amma ən azından yoluxma ehtimalını azaldaraq rəqəmlərimizi stabil aşağı sayda saxlaya bilərik. Nə qədər yoluxma ehtimalımızı azaltsaq, biz bunu rəqəmlərdə mütləq görəcəyik.
Hazırda aidiyyatı qurumlar təbii ki, baş verən hadisələri, ötən günlər ərzində olan yoluxmaları, statistikanı, bunların hər birini təhlil edib münasib qərarlar verirlər. Biz də artıq bir neçə müddətdir müşahidə edirik ki, ölkədə rəqəm sayının artmasına baxmayaraq tam qapanmalardansa, lokal qapanmaya gedilir. Çünki COVİD yayılmağa başladığı ilk dövrlərdən həm bizim, həm dünyanın pandemiyanın idarə olunması təcrübəsi az olduğu üçün hər ölkə müxtəlif strategiyalar seçmişdi. Bu strategiyaların da uğurlu olub olmaması təhlil edildi. Biz də pandemiyanın birinci mərhələsində, martın sonları, aprel, may, iyun aylarında ciddi qapanmalara getmişdik, sərt karantin rejimi tətbiq etmişdik. O dövrlərdə verilən qərarlar bütün ölkəyə, bütün rayonlara şamil olunurdu və total qapanmalar, sərtləşmələr və yaxud total yumşalmalara gedilirdi. Artıq bir müddətdir ki, aidiyyatı qurumlar tərəfindən bir az fərqli yanaşmaların şahidiyik, lokal məhdudiyyətlərə daha çox üstünlük verilir.
Önümüzdəki günlərdə karantin rejiminin sərtləşdirilməsi qaçılmazdır
Bəzi rayonlar, bəzi şəhərlər, şəhərlərin rayonları, qəsəbələri, hətta bəzi müəssisələr daxilində belə biz lokal qapanmaları daha çox müşahidə etdik. Bu, təhsil sistemində, hansı məktəbdə daha çox yoluxma olurdusa məhz həmin məktəb qapanırdı, bütün məktəblər qapanmırdı. Bu təcrübə düşünürəm ki, daha məntiqli bir yanaşmadır. Amma bu gün biz müşahidə edirik ki, artıq rəqəmlərimiz çox yüksəkdir, dörd rəqəmli (1000-in üzərində) bir gündəlik yoluxma sayı müşahidə edirik. Bəli, bu şəkildə davam etsə, artıq ölkənin böyük əksəriyyətində yoluxma sayları yüksələcək. Bu da təbii ki, həm sms icazə, həm də total qapanmaları qaçılmaz edəcək".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Səbail rayonunda avtomobillərin toqquşması zamanı ahıl qadın xəsarət alıb
  2. Bakıda yol qəzası olub, xəsarət alan var
  3. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  4. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  5. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  6. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  7. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  8. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  9. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  10. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”