azadses.az » Cəmiyyət » "Sərtləşdirilmiş karantin rejimi bir neçə həftə də uzadıla bilər"

"Sərtləşdirilmiş karantin rejimi bir neçə həftə də uzadıla bilər"

Ölkədə koronavirusa yoluxma halının xeyli azalması həm məsuliyyətli vətəndaşların artması, həm də uzadılan sərt karantin rejiminin nəticəsidir. 

Azad Səs xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Azər Nağıyev deyib.

O bildirib ki, bugünkü günə olan epidemioloji vəziyyət davam edərsə, Operativ Qərargah yumşaldılmaya gedəcək, hamısına olmasa da müəyyən yumşaldılma tədbirləri görəcəklər:

"Karantin rejimi uzadıldı, bir tərəfdən də insanlar indi daha çox məsuliyyəti dərk etməyə, qaydalara daha çox riayət etməyə başladılar. Bu da nəticəsini verdi. Bugünkü günə olan vəziyyət davam edərsə, düşünürəm ki, Operativ Qərargah yumşaldılmaya gedəcək, hamısına olmasa da müəyyən yumşaldılma tədbirləri görəcəklər.

Bir neçə əsas sahələrdə yumşaldılma ola bilər

Birdən bütün sahələrdə yumşaldılmaya getmək qeyri-mümkündür, amma bir neçə əsas sahələrdə yumşaldılma ola bilər. Amma son günlərdə statistika əksinə dəyişərsə, sərtləşdirilmiş karantin rejiminin uzadılması qaçılmaz ola bilər, bir neçə həftə də uzadıla bilər. 

Bir neçə il bu şərtlər daxilində yaşamağa artıq məhkumuq

Sosial məsafəyə riayət etmək, tibbi maskadan istifadə zərurəti və gigiyenik qaydalara əməl etməklə, fikrimcə, yaxın aylarda, hətta bir neçə il bu şərtlər daxilində yaşamağa artıq məhkumuq. Bunu etməsək, ən azından xəstəliyin artması, yoluxma halları, bədbəxt sonuclarla qarşılaşa bilərik.

Yəni, bu qaydalarla biz uzun müddət yaşamalıyıq. Bu həyat tərzini artq özümüz-özümüzə təlqin etməliyik. Sözügedən 3 qaydanı müvəqqəti qayda kimi yox, ən azından uzunmüddətli bir qayda kimi qəbul etməliyik. Həyat tərzimizə çevirməliyik bu qaydaları".

Həkim-infeksionist qeyd edib ki, tibbi maskadan istifadəyə görə cərimələrin endirilməsi ilə razı deyil:

"Belə götürək, onsuz da, sosial məsafə və gigiyenik qaydalar normal insanın həyat tərzidir, hər hansı bir pandemiya olmasa da. Amma tənəffüs yollarının qorunması, bəli, insan ömür boyu buna riayət etmək məcburiyyətində deyil. Amma belə bir xəstəliklər olanda ola bilər ki, bir neçə ay, yaxud bir neçə il riayət etsin. Hətta tibbi maskadan istifadəyə görə cərimələrin endirilməsi ilə heç razı olmaram. Ya bunu biz könüllü şəkildə etməliyik, ictimai qınaq olmalıdır, hər birimiz bir-birimizə xatırlatmalıyıq, ya da cərimə olmalıdır. Çünki üzümüzə gələn payız aylarında maska taxmamağımız qeyri-mümkündür. Maskadan istifadə mütləqdir. Ona görə ya bunu könüllü, ya məcburi etməliyik. 

Mənə elə gəlir ki, artıq ayın 5-dən sonra rayonlara gediş-gəliş üçün yollar açılacaq. Ən azından bir neçə həftə insanların istirahət yerlərinə, doğmalarına baş çəkməyə icazə veriləcək. Bu, mənim subyektiv fikrimdir, çimərliklərin açılması mütləqdir
". 
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?