azadses.az » Cəmiyyət » Azərbaycan üçün SOS - Yoluxma ARTACAQ!!!

Azərbaycan üçün SOS - Yoluxma ARTACAQ!!!

“Sərt karantin rejimi tətbiq olunsa belə əgər vətəndaşlar qaydalara riayət etməsələr, yoluxma durmadan artacaq”.

''Azad Səs'' REPORTYOR.AZ-a istinadən xəbər verir ki, bu sözləri “ölkə.az”a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib. O, bildirib ki, məktəblərin açılması, ictimai nəqliyyatda yaranan sıxlıq pandemiyanın alovlanmasına səbəb ola bilər.

“Dərslərin başlaması ilə əlaqdədar avtobus və metroda yaranan sıxlıq, virusun yayılmasında böyük rol oynayır. Mən hər zaman olduğu kimi vətəndaşlarımıza xoşagəlməz vəziyyətlərdən qaçmaq üçün sosial məsafəni qorumalarını və maska taxmalarını tövsiyyə edirəm. Bundan başqa çıxış yolu yoxdur ”.

Daha sonra C. İsayev havaların soyuması ilə əlaqədar artan infeksion xəstəliklərdən və onlardan qorunma yollarından da danışıb.

“Bildiyimiz kimi oktyabr və noyabr aylarında havalar soyuduqca, immun sistemi zəifləyir. Bu da infeksion xəstəliklərin meydana gəlməsinə şərait yaradır.

Bu respirator infeksiyaların yayılması COVİD-19-un artmasına da səbəb ola bilər. Dövlətimiz bunu nəzərə alaraq, qrip infeksiyasının qarşısını almaq üçün 3 və ya 4 valentli peyvənd tətbiq etməyi nəzərdə tutub”.

Əməkdaşımızla söhbəti zamanı baş infeksionist həftəsonları ictimai nəqliyyatın fəaliyyətinin qadağası məsələsinə də toxunub. O, bildirib ki, bu qadağa yoluxma dinamikasına müsbət təsir göstərib.

“Mən bu fikri alqışlayıram. Çox yerdə həftəsonları iş olmur, bu da insanların ictimai nəqliyyatdan istifadəsini minimuma endirir.

Bu zaman insanların bir-biri ilə təması azalır və bu da yoluxmanın yayılmasının qarşısının alınmasına öz müsbət töhfələrini verir. Yenə deyirəm, bu tədbir yardımçı bir tədbirdir. Əsas insanların qoyulan qaydalara əməl etməsidir.

Təkrar sadalamağı özümə borc bilirəm. Maskadan istifadə etmək, ara məsafəni qorumaq və gigiyena qaydalarına əməl olunması vacibdir.

Bu zaman həm özümüzü, həm də ətrafdakı insanları koronavirus və digər infeksialarından qoruya bilərik”, - deyə o, fikrini tamamlayıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talış Dağlıq zonasında güclü zəlzələ olub
  2. Samuxda narkotik yetişdirməkdə şübhəli bilinən şəxs saxlanılıb
  3. Sabunçu prokurorluğunda 31 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
  4. Qazaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB
  5. Bakıda yolu keçən 42 yaşlı qadını avtomobil vurub
  6. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  7. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  8. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  9. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  10. Şabranda evə basqın olub, ölən və yaralanan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”