Gənc Avropa çempionu: Qarşılaşmalarım çətin keçsə də, final asan oldu
Qarşılaşmalarım finaladək çətin olsa da, yekun asan başa gəldi - ermənistanlı rəqibimə qalib gəldim.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin üzvü Turan Daşdəmirov söyləyib.
"Finala qədər görüşlərim çətin oldu. Finalda isə asanlıqla erməni rəqibimə 8-0 hesabı ilə qalib gəldim. Qarşıda dünya çempionatı var. İnşallah, eyni nəticəni komanda şəklində təkrarlayarıq", – qızıl medalçı söyləyib.
Xatırladaq ki, Serbiyada keçirilmiş U-17 Avropa çempionatının birincisi olan Azərbaycanın yunan-Roma güləşi millisi Bakıya qayıdıb.