Kafe-restoranlar yenidən bağlana bilər?
- 25-09-2020, 16:41
- Cəmiyyət
“Pandemiya dövründə karantin müddətində tətbiq edilən cərimələrdən sonra yoluxma dinamikası azalıb”.
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müşaviri Elxan Mikayılov “Facebook” səhifəsindəki “Təhlükəsiz qida” onlayn verilişində bildirib.
“Pandemiya dövründə karantin müddətində tətbiq edilən cərimələrin effekti ilə bağlı dünya praktikası ətraflı təhlil olunub. Böyük Britaniyada inzibati cərimələrin tətbiqindən sonra və cərimələrin tətbiqindən əvvəlki dövrlərdə yoluxma halları ilə bağlı müqayisələr aparılıb. Məlum olub ki, inzibati cərimələrin tətbiqindən sonra yoluxma dinamikası 40-60 faiz azalıb. Ölkəmizdə də oxşar dinamika müşahidə olunur. Əvvəllər bu rəqəmlər 13-15 faiz ətrafında idisə, hazırda bu rəqəmlərdə xeyli azalma müşahidə olunur”.
E. Mikayılov, həmçinin ictimai iaşə obyektlərinin yenidən bağlanıb-bağlanmayacağı məsələsinə aydınlıq gətirib. O, qeyd edib ki, əgər koronavirusa yoluxma sayı kəskin artarsa, idarəolunmaz səviyyəyə çatarsa, sağalma sayını kəskin üstələyərsə, bu zaman müəyyən məhdudlaşmaların tətbiqi gözlənilə bilər: “Artıq bütün dünya ölkələri kimi, Azərbaycan da virusla mübarizədə yeni təcrübələr əldə edib. Yeni təcrübələr də əsas verir ki, daha az məhdudlaşmaya getməklə tənzimləmə mümkün olsun”.