Bu şəxslərin koronavirusa yoluxma riski 5 dəfə azdır
- 23-09-2020, 08:06
- Cəmiyyət
Eynək taxmaq koronavirus infeksiyasına yoluxma riskini 5 dəfə azaldır.
''Azad Səs'' Hokm.az-a istinadən xəbər verir ki, belə bir qənaətə Çinin Nançan universitetinin alimləri gəlib. Mütəxəssislərin araşdırmalarına görə, eynək taxan insanlar digərləri ilə müqayisədə Covid-19-a daha az yoluxurlar. Bu isə həmin şəxslərin əllə gözlərinə toxunmaması, bununla da infeksiyaya selikli qişa vasitəsilə yoluxma riskinin azalması ilə əlaqəlidir.
Araşdırmalara görə, gözlərdə SARS-COV-2 virusunun orqanizmə daxil olmasına şərait yaradan ACE-2 reseptoru var. Bu səbəbdən koronavirusa yoluxanların təxminən 12%-nin gözləri şişir və qızarır.
Alimlər bu səbəbdən insanlara tez-tez əllərini yumaqla yanaşı, gözlərinin qorunmasına daha çox diqqət ayırmağı məsləhət görür.