Koronavirus təhlükəsi daha da böyüdü - 78 ölkə, 3 mindən çox ölü
- 5-03-2020, 09:51
- Cəmiyyət
Ancaq Çində sutka ərzində 31 ölüm faktı qeydə alınıb
Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 80 min 565, bu virus səbəbindən ölənlər isə 3015 nəfərə çatıb. Çin Dövlət Səhiyyə Komitəsinin məlumatına görə, ötən sutka ərzində 139 yoluxma, 31 ölüm faktı qeydə alınıb.
İndiyədək 52 min 109 nəfər sağalaraq xəstəxananı tərk edib. Ölkə üzrə 5952 xəstənin vəziyyəti kritikdir.
Çindən başqa 78 ölkədə 12 mindən çox yoluxma, 214 ölüm faktı qeydə alınıb. Çinin hüdudularından kənarda ən ağır vəziyyət isə İran və İtaliyadadır. Azərbaycanın cənub qonbşusu ölü sayına görə ikinci yerdədir - 92 nəfər.
Xatırladaq ki, adıçəkilən virus ötən ilin dekabr ayından Çinin Uhan şəhərində yayaılmağa başlayıb. Qısa müddət ərzində virus bir çox ölkələrə sıçrayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) infeksiyanı "COVID-19" adlandırıb.