Dünyada yeni təhlükə - 117 milyon uşaq ölümlə üz-üzə
- 14-04-2020, 09:52
- Manset
Koronavirus peyvənd kampaniyalarına da mənfi təsir edib
Koronavirus dünyada minlərlə uşağı yeni təhlükə ilə üz-üzə qoyub. Belə ki, COVİD-19 virusunun yayılması nəticəsində dünyanın 24 ölkəsində qızılca xəstəliyinə qarşı peyvəndin vurulması da təxirə salınıb.
UNICEF-in məlumatına görə, peyvənd kampaniyasının təxirə salınması 117 milyon uşağa təsir edə bilər. Qurumun xəbərdalığında önəmli peyvənd xidmətlərinin qorunması və davam etdirilməsinə çağırış yer alıb.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, son 50 ildən çox müddətdə təsirli peyvəndi olmasına baxmayaraq qızılcaya yoluxma halları artıb. 2018-ci ildə bu xəstəlikdən xilası mümkün olan 140 mindən çox uşaq və böyük ölüb.
Xatırladaq ki, son məlumatlara görə, dünyada koronavirusa yoluxanların sayı 1 918 855 nəfər təşkil edir. 119 588 nəfər pandemiyanın qurbanı olub.