Главная > Cəmiyyət > Bu şəxslərin koronavirusa yoluxma riski 5 dəfə azdır
Bu şəxslərin koronavirusa yoluxma riski 5 dəfə azdır23-09-2020, 08:06. Разместил: azadses |
Eynək taxmaq koronavirus infeksiyasına yoluxma riskini 5 dəfə azaldır. ''Azad Səs'' Hokm.az-a istinadən xəbər verir ki, belə bir qənaətə Çinin Nançan universitetinin alimləri gəlib. Mütəxəssislərin araşdırmalarına görə, eynək taxan insanlar digərləri ilə müqayisədə Covid-19-a daha az yoluxurlar. Bu isə həmin şəxslərin əllə gözlərinə toxunmaması, bununla da infeksiyaya selikli qişa vasitəsilə yoluxma riskinin azalması ilə əlaqəlidir. Araşdırmalara görə, gözlərdə SARS-COV-2 virusunun orqanizmə daxil olmasına şərait yaradan ACE-2 reseptoru var. Bu səbəbdən koronavirusa yoluxanların təxminən 12%-nin gözləri şişir və qızarır. Alimlər bu səbəbdən insanlara tez-tez əllərini yumaqla yanaşı, gözlərinin qorunmasına daha çox diqqət ayırmağı məsləhət görür. Вернуться назад |