Azərbaycanın qonşularında vəziyyət pisləşdi - ölü sayı 100-ü keçdi
- 14-04-2020, 10:26
- Manset
Son sutkada Türkiyədə 98, Rusiyada 13 ölüm qeydə alınıb
Rusiyada koronavirus daha 13 can aldı. İstiPress-in TASS-a istyinadla verdiyi məlumata görə, ölüm hallarının hamısı Moskvada qeydə alınıb. Ölən şəxslərin yaşı 29-80 arasında dəyişir. Ən gənc mərhum həm də Daun sindromundan əziyyət çəkib.
Bununla da ölkədə ölüm sayı 148 nəfərə çatıb. 18328 nəfər isə virusa yoluxub.
Türkiyədə də vəziyyət ürəkaçan deyil. Bu ölkədə bir gündə 90-dan çox adam ölüb. Səhiyyə naziri Fahrettin Kocanın verdiiy məlumata görə, ölənlərin sayı 1296-ya yüksəlib. "Son sutkada 98 xəstə vəfat edib. 511 xəstə sağalıb. 4 mindən çox isə yoluxma qeydə alınıb".
Ümumiyyətlə bu ölkədə son bir ayda 61049 yoluxma qeydə alınıb.
Gürcüstanda daha 24 nəfərə koronavirus diaqnozu qoyulub. Bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 296 nəfərə çatıb. Onların 68-i sağalıb, 3-ü isə ölüb.
Vəziyyətin nəzarətdən çıxdığı Ermənistanda isə COVİD-19-dan 16 nəfər ölüb. Yoluxanların sayı 1 067-yə çatıb.
Dünya üzrə ən gərgin vəziyyətin qeydə alındığı 5 ölkədən biri olan İranda yoluxanların sayı 1 067-yə, ölənlərin sayı isə 16-ya çatıb.